Icma.az
close
up
RU
Yadullayev: “Bu, futbolçularımızda ruh yüksəkliyi yaratdı”

Yadullayev: “Bu, futbolçularımızda ruh yüksəkliyi yaratdı”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının II seçmə mərhələsinin oyunları ilə bağlı fikirlərini bildirib.

Futbolpress.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi əvvəlcə B Liqasının 6-cı qrupu çərçivəsində meydan sahibləri Albaniya yığmasına (1:4) qarşı keçirilən ilk oyunu dəyərləndirib:

“Turnirə yaxşı hazırlaşmışdıq. Hər iki rəqib güclü idi. İlk oyunumuz meydan sahibləri Albaniya yığmasına qarşı oldu. Standart vəziyyətdən erkən qol buraxdıq. Matçın startında uşaqlarda həyəcan hiss olunurdu. Hissənin sonlarına yaxın oyunu bərabərləşdirdik. İkinci hissəyə ön xətdə pressinqlə başladıq və bunun bəhrəsini gördük. Bərabərlik qolundan sonra irəlidə təzyiqi davam etdirmək istədik. Ancaq qısa müddətdə qapımızda ikinci qolu buraxdıq. Bundan sonra hücuma atılsaq da, rəqib əks-hücumlarla daha iki dəfə fərqləndi”.

İlham Yadullayev U-17-nin Uels seçməsi ilə heç-heçə etdiyi (0:0) qarşılaşmada daha inamlı oyun sərgilədiyini deyib:

“Albaniya texniki cəhətdən yaxşı komanda idisə, Uels fiziki və taktiki cəhətdən güclü görünürdü. Bərabər səviyyədə mübarizə getdi. Birinci hissədə qapımıza təyin edilən penaltini qapıçımız dəf etdi. Bu, futbolçularımızda ruh yüksəkliyi yaratdı. Qol vurmaq üçün imkanlarımız oldu. Elə mübarizə getdi ki, hər iki komanda qalib gələ bilərdi. Uşaqlarda həyəcan olmadığından, bu dəfə daha rahat çıxış etdilər. İki oyunda 1 xal toplamağımıza görə təəssüflənirəm. Ancaq gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Mart 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri