Yağıntılar intensiv xarakter alıb FAKTİKİ HAVA
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır, bəzi yerlərdə isə yağıntılar intensiv xarakterlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 10:00-a olan məlumatında qeyd edilib.
Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 30, Şahbuzda 29, Sarıbaşda (Qax) 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağac və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir .
Bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 24, Gəncə, Tərtərdə 20, Ağstafa, Şəmkirdə 18, Bərdədə 16, Yevlaxda 15 m/s-dək güclənir.
Quba, Qusar, Şəki, Qax, Göygöl, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















