Yağıntılı və küləkli hava şəraiti davam edir FAKTİKİ HAVA
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İyunun 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti davam edir.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 30, Zaqatalada 9, Kişçayda (Şəki) 8, Balakəndə 5, Astara, Tovuz və Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Oğuz, Qəbələ, Quba, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Şahbuz, Daşkəsən, Gədəbəy, Lənkəran, Göygöl, Şəmkir, Gəncə, Tərtər, Naftalan, Xaltan və Xınalıqda 1 mm-dir.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Naftalanda 18 m/s-dək güclənir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin 24-ü axşamadək davam edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 İyun 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















