Icma.az
close
up
RU
Yağış insan psixologiyasına necə təsir edir? mütəxəssis izah edir

Yağış insan psixologiyasına necə təsir edir? mütəxəssis izah edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 aprel, AZƏRTAC

Yağışın insan psixologiyasına təsiri düşündüyümüzdən daha dərin və çoxqatlıdır. Bu mövzu həm bioloji, həm emosional, həm də psixoloji səviyyədə izah olunur.

AZƏRTAC-a açıqlamasında psixoloq Rəna Baxışova bildirib ki, yağışlı havada günəş işığının azalması birbaşa beyinə təsir edir. Nəticədə xoşbəxtlik hormonu sayılan serotonin azalır, bu da enerji səviyyəsinin düşməsinə səbəb olur. Eyni zamanda, yuxu hormonu olan melatonin artır və insanda yuxululuq yaranır. Hava təzyiqinin dəyişməsi isə bəzi insanlarda halsızlıq və baş ağrısı kimi fiziki narahatlıqlar doğura bilər. Bütün bunlar yağışlı havada passivlik, motivasiyanın azalması və heç nə etməmək kimi hallar yaradır. Psixoloqun sözlərinə görə, bu, orqanizmin hava şəraitinə uyğunlaşmasının normal reaksiyasıdır.

R.Baxışova qeyd edib ki, yağış sinir sisteminə də təsirsiz ötüşmür. Yağış səsi təkrarlanan və yumşaq ritmə malik olduğundan beyində təhlükəsizlik hissi yaradır. Bəzi insanlar stres zamanı və ya yuxuya getməzdən əvvəl məhz bu səsə qulaq asaraq rahatlaşırlar. Bu zaman stres hormonları azalır, ürək döyüntüsü azalır və bədən rahatlama rejiminə keçir. Psixologiyada bu hal “parasempatik aktivləşmə” adlanır. Nəticədə insanın yuxuya getməsi asanlaşır, ümumi sakitlik və düşüncəlilik artır.

Psixoloq vurğulayıb ki, yağışın emosional təsiri də kifayət qədər güclüdür: “Belə havalarda sosial aktivlik və xarici stimullar azalır, insan daha çox öz daxili dünyasına yönəlir. Bu isə nostalji hisslərin güclənməsi, keçmişin xatırlanması, emosional həssaslıq və dərin düşüncələrlə müşayiət olunur. Maraqlıdır ki, bir çox insanlar mühüm həyat qərarlarını məhz bu cür sakit, yağışlı günlərdə götür-qoy edirlər. Bununla belə, yağış hər kəs üçün eyni təsirə malik deyil. Bəzi insanlarda əksinə, kədər artır, tənhalıq hissi güclənir və motivasiya azalır. Bu hallar çox vaxt fərdi xarakter xüsusiyyətləri və mövsümi depressiya ilə əlaqəli olur. Günəş işığına daha həssas olan insanlar üçün qapalı və boz hava emosional çətinlik yarada bilər.

Ümumilikdə psixoloji və mədəni baxımdan yağış çox vaxt təmizlənmə, yenilənmə və emosional boşalma simvolu kimi qəbul edilir. Buna görə də insanlar yağışlı havada emosiyalarını daha açıq yaşayır, bəzən ağlamağa və tək qalmağa daha meyilli olurlar. Lakin yağışın insanlarda fərqli hisslər yaratmasının səbəblərindən biri də uşaqlıq təcrübələri və fərdi xatirələrlə bağlıdır”.

Psixoloq bu məqama misal olaraq keçmiş məcburi köçkün bir şəxsin sözlərini xatırladıb: həmin şəxs yağış səsini eşidərkən uşaqlıqda çadırda yaşadıqları çətin günləri xatırladığını bildirib. Yağışın səsi onun üçün xoş deyil, əksinə, travmatik xatirələri canlandırır.

R.Baxışovanın sözlərinə görə, yağışın təsiri insanın şəxsiyyət tipindən (introvert və ya ekstrovert), psixoloji vəziyyətindən və həyatının hansı mərhələsində olmasından asılı olaraq dəyişir. Məsələn, ayrılıq dövründə yağış daha ağır hiss oluna bilər.

“Ümumilikdə yağışın təsiri obyektiv deyil, subyektiv təcrübədir. Yağış insanı dəyişmir, sadəcə onun daxilində olan hissləri daha aydın şəkildə üzə çıxarır”, - deyə psixoloq qeyd edib.

Müxbir – Göyçək Mahmudlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Aprel 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri