Icma.az
close
up
RU
Yağış, qar, tıxac, kommunal problemlər Bakıda məsuliyyət kimdədir?

Yağış, qar, tıxac, kommunal problemlər Bakıda məsuliyyət kimdədir?

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın ən böyük problemi üzə çıxdı - qurumlar bir-birindən xəbərsiz işləyir

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub. Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib. Müşavirədə işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib”.

Bu, BŞİH-nin başçısı Eldar Əzizovun keçirdiyi ənənəvi növbəti müşavirələrdən daha biridir. Bu cür müşavirələr az qala hər kvartal - payız-qış, yaz-yay mövsümünə hazırlıqla bağlı müşavirələr təşkil olunur. Bu müşavirələrdə BŞİH rəhbərliyi ilə yanaşı, paytaxt rayonlarının icra başçıları və şəhər kommunal təsərrüfatı xidmətlərinin rəhbərləri iştirak edir.

Təmizlik, yaşıllaşdırma, abadlqı öz yerində, qış üçün duz-qum ehtiyatları məsələsi də müzairəyə çıxarılır. Amma yağış, qar yağanda şəhərin nə payıza, nə də qışa hazır olduğu görünür. Yağış suları şəhəri ağuşuna alır, duz isə avtomobillər bir-birinə dəyib əziləndən, əhali buzlu səkilərdə yıxılıb qol-qıçını sındırandan sonra küçələrə, yollara səpilir, o da palçığa dönür. Bəs elektrik enerjisi, təbii qaz, daimi su təchizatı, ictimai nəqliyyatın fasiləsiz hərəkəti... bunlara kim cavabdehlik daşıyır. Gəlin baxaq. Sadaladığımız bu kommunal xidmətlərin öz rəhbərləri var. Və onlar BŞİH-nə tabe deyil. Bakı meriyasının tərkibində yalnız Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, yəni paytaxtın mənzil-kommunal təsərrüfatı sisteminin idarə edilməsi və xidmətlərin təşkili Departamenti, Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən “İnterservis” Müdiriyyəti, Mənzil-kommunal, Lift Təsərrüfatı və İşıqlandırma sahələri üzrə müəssisələrdir. Bu müəssisə şəhərin işıqlandırılmasına cavabdehdir, mənzillərin deyil. Və təbii ki, paytaxtın rayon icra hakimiyyətləri strukturları BŞİH-yə tabedir. Bir halda ki BŞİH-nin tabeliyində nə "Azərenerji", nə "Azəriqaz", nə “Azəristiliktəchizat”, nə ADSEA, AAYDA, nə AYNA... var, qışa hazırlıq müşavirəsi keçirib duzdan-qumdan danışılır, bu da çox vaxt işə yaramır. Elə isə müşavirədə E.Əzizov Mənzil Kommunal Təsərüfatı Departamentinə hansı tapşırıqlar verir görəsən? Ehtimal etmək olar ki, zibillərin vaxtlı-vaxtında daşınması, yağış suyunun kanalizasiyalara ötürülməsi, qarın, buzun küçələrdən təmizlənməsini. 

Belə çıxır ki məlum müşavirənin qışa hazırlıqla bağlı çox da böyük faydası olmayacaq. Qaz xətlərində yenə təmir işləri aparılacaq, əhali qazsız qalacaq, elektrik enerjisi də qış ayları ərzində haralardasa kəsiləcək, deyəcəklər ki elektrik naqilləri təzələnir, sular donacaq, camaat suzuz qalacaq, sinif otaqlarında şagirdlər palto ilə oturacaq və sair. Hər payız-qış mövsümündə rastlaşdığımız problemlər yenə təkrarlanacaq.  

Məsələyə münasibət bildirən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birlyinin sədri Vüqar Tofiqli hesab edir ki, paytaxtın idarə olunmasında pərakəndəlik aradan qalxmalıdır: 

- Biz işığın, qazın kəsilməsinə, suyun verilməməsinə, yollardakı tıxaca və ya ictimai nəqliyyatın pis işləməsinə görə Bakı Şəhər İcra Hakimiyətini qınaya bilmərik. Bu məsələlərin həllinə cavabdeh olan qurumların heç biri BŞİH-nin tabeliyində deyil. Qışa hazırlıq müşavirələrində məhz Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə çox böyük və konkret vəzifələr qoyulur. Yağış sularının idarə edilməsi bu departamentə tapşırılır. Mərkəzi kanalizasiya sistemi ADSEA-ya məxsusdur. Lakin küçələrin kənarındakı yağış sularını qəbul edən barabanlar, barmaqlıqlar və yerli drenaj xətləri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və rayon MKİS-lərinin, yəni “JEK”lərin balansındadır. Yağışlar başlamazdan əvvəl həmin barabanların daxili zibildən, qumdan təmizlənməli, ötürücülük səviyyəsi yoxlanılmalıdır. Yağışlar zamanı suyun yığıldığı kritik nöqtələrə nasoslar qoyulmalı və xüsusi texnika cəlb edilməlidir. Qar və buzla mübarizə məsələsində magistral yolları və prospektləri AAYDA təmizləyir. Lakin binaların həyətləri, məhəllədaxili yollar, piyada səkiləri, parklar və pilləkənlərin təmizlənməsi birbaşa BŞİH-nin mənzil-Kommunal Təsərrüfatı Departamentinin işidir. Duz və qum tədarükü, işçilərin qarın kürənməsi üçün lazımi alətlərlə təmin edilməsi də həmçinin. Qışa hazrlıq mərhələsində BŞİH digər qurumlarla birgə koordinasiyalı fəaiyyəti tənzimləməlidir. Yarana biləcək hər hansı çətin, fos-major situasiyaların idarə olunması məqsədilə Operativ qərargahlar yaradılmalıdır. Çünki qurumlararası koordinasiya zəif olduqda paytaxtda ciddi infrastruktur böhranı yaranır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri