Icma.az
close
up
RU
Yağış yağan kimi Bakıda fövqəladə vəziyyət elan olunsun

Yağış yağan kimi Bakıda fövqəladə vəziyyət elan olunsun

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Yağış yağdı, Bakı yenə “boğuldu”, problemlər üzə durdu.
Paytaxtda və Abşeronda yağan yağış ənənəvi olaraq eyni mənzərəni təkrarladı: yollar su altında qaldı, tunellər bağlandı, qarajları, obyektləri, hətta bəzi dövlət və ictimai məkanları su basdı.
Milli futbol komandasının stadionundakı geyinmə otaqları belə sudan xilas ola bilmədi. Avtosalonlar, iri ticarət mərkəzləri gölməçəyə çevrildi. Daxili İşlər Nazirliyi təhlükə ilə bağlı xəbərdarlıq etdi, digər qurumlar ard-arda məlumatlar yaydı…
Amma bütün bu açıqlamalar, xəbərlər və xəbərdarlıqlar bir sadə sualı dəyişmir: niyə hər yağış Bakıda fövqəladə hadisəyə çevrilir?
“Normasından” asılı olmayaraq, su özü təmizdir, pakdır. Su əslində təmizləyəndir. Amma Bakıya düşəndə “transformasiya” olunur–çirkləndirənə, murdarlayana çevrilir. Çünki yağışın ilk zərbəsi kanalizasiya sisteminə dəyir: daşan quyular, qarışan sular, nəticədə küçələrdə yaranan gölməçələr artıq sadəcə yağış suyu olmur. Bu, şəhərin illərlə yığılıb qalan problemi ilə qarışmış bir “kokteylə” çevrilir.
Hər güclü yağışdan sonra eyni kadrlar yayılır, eyni problemlər müzakirə olunur, bir neçə gün sonra isə hər şey unudulur – növbəti yağışa qədər. Hamımız xatırlayırıq, əvvəlki illərdə tunellərdə yaranan fəlakətli vəziyyətləri. Hətta belə hallardan birində iki nəfərin həyatını itirməsi cəmiyyətdə ciddi etirazlara səbəb olmuşdu. Bu, əslində ciddi siqnal idi. Amma görünür, Bakı bu siqnalları “eşitmək” istəmir.
Yeri gəlmişkən, bu problem artıq ən yüksək səviyyədə də səsləndirilib. İlham Əliyev 2026-cı il yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə bildirib ki, “leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır.”
Problem ən yüksək tribunadan bu qədər açıq şəkildə səsləndirilirsə, niyə hər yağışda eyni mənzərə təkrarlanır?
Bu keçən dövrdə dövlət başçısının dilə gətirdiyi problemlə bağlı hansı işlər görülüb? Tutaq ki, üç ay ərzində su təchizatı, tullantı və yağış suları sistemlərinin tam təkmilləşdirilməsi çətindir. Amma heç olmasa müəyyən qabaqlayıcı addımlar atmaq, nəqliyyatın hərəkətində müəyyən irəliləyişlər etmək mümkün deyildimi?
Bakı üçün güclü yağış artıq təbii hadisə yox, idarəolunmayan şəhər problemidir. Ona görə də yəqin, məsələyə başqa cür yanaşmaq lazımdır. Məsələn, güclü yağış yağanda paytaxtda və Abşeronda şərti “fövqəladə rejim” tətbiq etmək. İnsanlar mümkün qədər evdən işləsin, zəruri olmayan hərəkət məhdudlaşdırılsın. Nə tıxac saatlarla insanları əsir alsın, nə də kimsə kanalizasiya qarışıq suyun içində qalsın.
Yoxsa hər dəfə eyni səhnəni izləyəcəyik: yağış yağır, şəhər batır, qurumlar danışır… və Bakı yenə növbəti yağışa qədər “hazır vəziyyətə” gətirilir.
Azər
Baku Post
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Mart 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri