Yağış yağmayıb, duman müşahidə olunub Faktiki HAVA
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt, Binə, Şəmkir, Şamaxı, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb

