Icma.az
close
up
RU
Yağışa görə vətəndaşa dəyən ziyan bu hallarda qarşılana bilər AÇIQLAMA

Yağışa görə vətəndaşa dəyən ziyan bu hallarda qarşılana bilər AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bakıda iki gün aramsız yağan yağışlar ciddi fəsadlar törədib və insanlarımız bir çox problemlərlə qarşılaşıb. 
Ötən ilin oktyabr ayında da aramsız yağışlar ciddi fəsadlar törətmiş, iki nəfərin həyatını itirməsinə səbəb olmuşdu. 
İndi də mövqeyimiz bundan ibarətdir ki, sistemlər, kanalizasiya xətləri problemləri həll olunmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 
Deputat bildirib ki, dünən məlum oldu ki, bir çox vətəndaşların əmlakına, qeyri-yaşayış obyektlərinə ziyan dəyib:
"Təəssüf ki, bizdə əmlakın sığortalanması ilə bağlı problemlər var. Şəxsi mənzilimizi, əmlakımızı sığortaya cəlb etmirik. Ona görə də belə problemlərlə üzləşirik.
Şəhər ətrafında çoxlu sənədsiz evlər var. Həmin evlərin sığortaya cəlb edilməsi sənədsiz olması səbəbindən problem yaradır. Nəticədə insanlara dəyən ziyanın hansısa formada ödənilməsi ilə bağlı məsələlər gündəmə gəlmiş olur. Bəzi hallarda ziyanın müəyyən hissəsi qarşılansa da, bu dəfəki zərərin hansısa formada qarşılanması məsələsi sual altındadır. İstənilən halda bütün bu hallar araşdırılmalıdır. Dünən də icra başçısı bildirdi ki, müəyyən qurumlarla iclas keçiriləcək və hadisə ilə bağlı müzakirələr olacaq".
Onun sözlərinə görə, sığorta faktı olmadığı üçün onlara dəyən ziyanın qarşılanması sual altında qalacaq:
"Sadaladığım problemlər həll olunmadığı müddətcə belə halların gələcəkdə də yaşanması istisna deyil. Kanalizasiya xətləri bərpa edilməli, sənədsiz evlər məsələsi həll olunmalıdır. Prezident İlham Əliyevin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı verdiyi göstərişlər də yerinə yetirilməlidir ki, Azərbaycan vətəndaşı öz əmlakını sığortaya cəlb edə bilsin. Belə olan halda dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanmış olacaq".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri