Yağışda avtomobil sürərkən diqqət ediləsi əsas MƏQAMLAR
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Yağışlı havalarda yolların və küçələrin vəziyyəti sürücülər üçün əlavə risklər yaradır. Xüsusilə asfalt üzərində su yığıntısı nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və sürüşmə təhlükəsini artırır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən avtomobil ustası Əziz Abbasov bildirdi ki, yağışlı havalarda avtomobilin sürüşməməsi üçün ilk növbədə sürəti hava və yol şəraitinə uyğun azaltmaq vacibdir:
"Şinlərin diş dərinliyinin normal olmasına diqqət yetirmək lazımdır, çünki köhnə şinlər suda tutumu azaldır. Kəskin manevrlərdən və qəfil tormozlamalardan çəkinmək, həmçinin məsafəni adi günlərdən daha çox saxlamaq təhlükəsizliyi artırır. Şüşələrin buxarlanmaması üçün kondisioner və ya hava dövriyyə sistemindən istifadə etmək tövsiyə olunur. Ümumilikdə, yağışlı havada sakit, nəzarətli və diqqətli sürmək ən əsas şərtdir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 17 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















