Yağışdan sonra sürüşmə zonaları aktivləşib RƏSMİ KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır:
“Ölkə ərazisində, əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində monitorinqlər aparılıb. İlkin nəticələrə əsasən, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb. Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb
Badamdar sürüşmə sahəsində lokal xarakterli çökmə və yuyulma halları müşahidə olunub. Lakin bu proseslər intensiv deyil, zəif aktivlik səviyyəsində qiymətləndirilir. Hazırda FHN tərəfindən ərazidə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Eyni zamanda qəsəbənin mərkəzi yolunun sağ və sol hissələrində bəzi lokal sahələrdə sürüşmə elementləri, çökmə və uçma halları da aşkarlanıb. Monitorinqlər davam etdirilir və ilkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilərək müvafiq qurumlara təqdim olunur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 31 Mart 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















