Icma.az
close
up
RU
Yağışla bağlı Bakıda hansı işlər görülüb?

Yağışla bağlı Bakıda hansı işlər görülüb?

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə ay əvvəl Moskvada, Nyu-Yorkda və Yaponiyada baş verən güclü leysanlar xeyli fəsadlara yol açdı.

“Qafqazinfo” xəbər verir ki, inkişaf etmiş şəhərlərdə belə tabiətin qəfil gücü qarşısında nəqliyyat iflic oldu, yaşayış binaları və infrastruktur ciddi ziyan gördü.

Bu isə göstərdi ki, leysan xarakterli yağıntılar təkcə zəif sistemli şəhərlər üçün deyil, ən müasir paytaxtlar üçün də qaçılmaz təhlükədir. Elə buna görə də Bakı kimi böyük şəhərlərdə də qabaqlayıcı tədbirlər vaxtında və planlı şəkildə həyata keçirilməlidir.

Bu məqamda Bakı Şəhər İcra Hakimiyyəti payız və qış fəsillərində mümkün güclü yağışlarla bağlı hansı işlərin görülməsi barədə məlumat yayıb.

“Payız-qış aylarının özü ilə gətirdiyi çətinliklərdən biri də leysan xarakterli güclü yağıntılardır.

Qeyd edək ki, ötən mövsümdə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda baş verən güclü yağıntılar zamanı aidiyyəti qurumlar arasında operativ koordinasiyanı həyata keçirirdi.

Payız-qış mövsümünə hazırlıq çərçivəsində BŞİH məsələ ilə bağlı aidiyyəti üzrə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə müraciət edib və görülən tədbirlərlə bağlı məlumat alıb.

Xidmətin təqdim etdiyi məlumata görə, tabeliyindəki Sukanal idarələri tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə yağış və tullantı su xətlərinin profilaktik yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi üzrə qabaqcadan hazırlanmış tədbirlər planına uyğun işlər görülür.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında olan iri kollektorların yuyulması,yağlanması və tənzimlənməsi davam etdirilir. Mövsümlə əlaqədar yağıntılar zamanı isə həmin qurğular əvvəlcədən təsdiqlənmiş rejimə uyğunlaşdırılacaq.

Yağışlar zamanı fəsadların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də gücləndirilib. Belə ki, riskli ərazilərdə (“qırmızı nöqtələr”də) briqadalar toplanır, kanalizasiya nasos stansiyalarının fəaliyyəti, yağış sularının təxliyəsi üçün nəzərdə tutulmuş xətlərin idarə olunması ciddi nəzarətdə saxlanılır”.

Bildirilib ki, cari ildə paytaxt ərazisində mühüm infrastruktur işləri də həyata keçirilib: “Şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyəsi üçün nəzərdə tutulmuş xətlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanılıb. Qeyd edilib ki, görülən bu işlər qısamüddətli plan çərçivəsindədir.

Bundan əlavə xidmət bu istiqamətdə uzunmüddətli tədbirlər də həyata keçirir. Bu konteksdə yeni kollektorlarla bağlı görülən işlər də diqqət çəkir. Leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədilə bir necə istiqamətdə yeni kollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq aparılır. Onu da nəzərə almaq lazımdır ki, bu işlərin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var, işlər başa çatdıqdan sonra isə güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see346

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see242

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see230

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see203

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see193

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see192

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see187

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see185

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see184

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see182

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see175

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see174

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see169

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see168

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see167

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see161

Gündə 5 dəfə eyni şeyi yedi, 32 kilo arıqladı FOTO

18 İyul 2026 09:09see161

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see160

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see152

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri