Icma.az
close
up
RU
Yağışlar bu xəstəliklərin yayılmasına səbəb olur İnfeksionist

Yağışlar bu xəstəliklərin yayılmasına səbəb olur İnfeksionist

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Globalinfo.az Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazovun müsahibəsini təqdim edir:

– Təyyar müəllim, iqlim dəyişikliyinin insan sağlamlığına dolaylı təsiri nədən ibarətdir?

– ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hazırda məlum olan yoluxucu xəstəliklərin təxminən 58%-i iqlim dəyişikliyi nəticəsində dəyişib. Xəstəlik riskinin artmasına təsir edən ən çox yayılan amil qlobal istiləşmə idi. Eyni zamanda, qlobal istiləşmə nəticəsində quraqlıq və daşqın bir çox yoluxucu xəstəliklərin artmasına səbəb olur. Quraqlıq zamanı transmissiv xəstəliklərin keçiricisi olan həşəratların (“Aedes”, “Anopheles”, “Culex” cinsinə aid olan) areal dəyişməsi baş verir. Nəticədə hemorraqik qızdırmalar, sarı qızdırma, malyariya kimi təhlükəli infeksiyakların geniş yayılması baş verə bilər. Quraqlıq zamanı tozlu küləklər oftalmoloji xəstəliklərin artmasına da səbəb olur.

Bundan başqa, çayların daşmasından sonra əmələ gələn gölməçələrdə yığılan su kütləsi ağcaqanadların çoxalması üçün şərait yaratdığına görə vektorlarla ötürülən xəstəliklərin, məsələn malyariyanın yayılma riskini endemik ərazilərdə artıra bilər. Bu səbəbdən vektorla ötürülən yoluxucu xəstəliklər ictimai sağlamlığa uzun müddətli təhlükə yaradır.

Daşqınlar sellər ilə nəticələnəndə bir çox infeksiyaların törədici və keçiricilərinin yerdəyişməsi baş verir. Yeni areallarda məskunlaşan həşəratlar yeni biosenozların formalaşmasına, təbii ocaqların dəyişməsinə səbəb olur.

– İqlim dəyişikliklərinin infeksion xəstəliklərin yayılmasına hər hansı bir təsiri varmı?

– ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insanlara təsir edən mövcud 375 infeksion xəstəlikdən 218-i planetdə iqlim dəyişikliyi səbəbindən xəstəliyin patogenlərinin daha təhlükəli olduğu elmi ədəbiyyatda təsdiqlənib. Qeyd edilir ki, qarayara, vəba, malyariya kimi xəstəliklərin bəzi hallarda qlobal istiləşmə, quraqlıq, istilik dalğaları, meşə yanğınları, yağışların artması və tufanlar nəticəsində yayılması daha asan olub.

– Yağışların artması infeksion xəstəliklərin yayılmasında hansı rol oynayır?

– Bu, daha çox istiləşmə ilə əlaqədar su ehtiyatlarının balansındakı dəyişikliklərlə bağlıdır. Anomal leysan yağışları içməli su mənbələrinin çirklənməsinə səbəb olur. Bunun nəticəsində sudan qaynaqlanan bağırsaq infeksiyaları, məsələn A və E virus hepatitləri, eşerixioz və s. kimi virus və bakterial infeksion xəstəliklərin artımı baş verə bilər.

İqlim dəyişikliyi ilə bağlı yağıntılar, içməli suyun mövcudluğu və keyfiyyətindəki dəyişikliklər su ilə əlaqəli xəstəliklərin tezliyinə təsir göstərə bilər. Dünyanın bir sıra ölkələrində sübut edilib ki, orta aylıq temperaturun yüksəlməsi bakterial dizenteriya, kampilobakterioz, salmonellyoz və digər mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur. İçməli suda hələ də yoluxucu agentlərə rast gəlindiyi üçün təhlükəsiz suya çıxış əhalinin sağlamlığının təmin edilməsi üçün son dərəcə vacib məsələ olaraq qalır.

– Bəs quraqlıq dövrləri necə, infeksion xəstəliklərin yayılmasına təsir edirmi?

– Kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin geniş yayılmasına səbəb olur. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatında deyilir. İsti mövsüm gənələrin aktivləşməsinə və onların keçirdikləri xəstəliklərin sayının artmasına səbəb olur. Quraqlıq meningit və bir sıra digər infeksiyaların yayılmasına kömək edir. İqlim dəyişikliyi kütləvi miqrasiyaya və şəhər artımına gətirib çıxarır. Bu da, öz növbəsində, epidemiyaların yayılması ilə nəticələnə bilər.

– Sağlam qidalanma və fiziki aktivlik sayəsində iqlim dəyişkənliyi nəticəsində yarana biləcək infeksion xəstəliklərə qalib gəlmək mümkündürmü?

– Sağlam həyat tərzinə (sağlam qidalanma, fiziki aktivlik və s.) riayət olunmaqla və yayılan infeksion xəstəliklərdən mümkün qorunma tədbirlərinə əməl etməklə, fərdi qaydada şəxsin bu tip infeksiyalara dözümlülüyünü artırmaq olar. Lakin bütövlükdə bu, məsələni həll etmir. İqlim dəyişiklikləri nəticəsində yarana biləcək infeksion xəstəliklərin qarşısının alınmasının başlıca yolu dünya ölkələrinin kollektiv səyləri vasitəsilə bu dəyişikliklərin mümkün qədər aradan qaldırılmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri