Yağmursuz, duman və çiskin
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, noyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 8–10°, gündüz 12–15° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 65–75 faiz olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3–7°, gündüz 11–16° isti, dağlarda gecə 1–5° şaxta, gündüz 0-5° isti olacaq.
Q. QASIMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 14 Noyabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















