Icma.az
close
up
RU
Yakov Milatoviç COP29un uğurlu təşkili münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib AZƏRTAC

Yakov Milatoviç COP29un uğurlu təşkili münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib AZƏRTAC

Bakı, 14 noyabr, AZƏRTAC

Çoxsaylı dünya liderlərini bir araya gətirən COP29 Sammitinin uğurlu təşkili münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, Monteneqro Prezidenti Yakov Milatoviç bu barədə rəsmi sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“Bakıda BMT-nin COP29 Sammitində olduğum müddətdə Azərbaycan Prezidenti İlham Əliyev ilə məhsuldar görüşüm oldu. Mən onu iqlim dəyişikliyinin qlobal çağırışı mövzusunda çoxsaylı dünya liderlərini bir araya gətirən Sammitin uğurlu təşkili münasibətilə təbrik etdim. Monteneqro və Azərbaycan dost ölkələrdir. Xüsusilə enerji, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq üçün böyük potensial var. Monteneqro ilə Azərbaycan arasında möhkəm münasibətlər gələcək əməkdaşlıq üçün gözəl zəmin yaradır və iki ölkə prezidentlərinin bugünkü görüşü hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb edən tərəfdaşlıqda dönüş nöqtəsi ola bilər”, - deyə Monteneqro Prezidenti qeyd edib.

seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri