Icma.az
close
up
RU
Yalançı Qaregin Ermənistan əleyhinə işləyən baş keşiş

Yalançı Qaregin Ermənistan əleyhinə işləyən baş keşiş

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənilərin baş keşişi ənənəvi olaraq yenə ara qarışdırır. Növbəti dəfə Qarabağda "erməni abidələrinin dağılması"ndan danışıb.

Bütün ermənilərin katolikosu II Qaregin yenə yalan danışmaqla Allahsız, dinsiz olduğunu bir daha isbatlayıb. Məlumata görə, ötən gün bu keşiş "Qarabağda erməni abidələri məhv edildiyi" kimi cəfəng iddia ilə "Eçmiədzində Nikeya Kilsəsinin 1700 illiyi" münasibətilə keçirilən kilsələrarası konfransda çıxış edib.

Bu iddialara dəfələrlə cavab verilib. Ermənilər Qarabağa və ətraf rayonlara köçürüldüklərindən, gəlmə olduqlarından Azərbaycanda onların heç bir mədəni-tarixi abidəsi yoxdur. Başqa tərəfdən isə torpaqlarını Ermənistanın təcavüzündən azad etdikdən sonra rəsmi Bakı həmin ərazidə işğalçıların dağıtdıqları, xarabazara çevirdikləri abidələr, dini-tarixi məbədləri, müxtəlif təyinatlı binaları bərpa edib, yenidən tikib. Ərazilərdə görülən işlər bunun təsdiqidir.

Baş keşiş daha bir saxtakarlıq edərək, Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxsləri müdafiə edib. Halbuki həmin ermənilərin törətdikləri cinayət əməlləri ilə bağlı məhkəmədə şahidlər ifadələr verirlər.

O, Azərbaycan cəmiyyətinə inteqrasiya etmək istəməyərək, könüllü olaraq Qarabağı tərk etmiş ermənilərdən də danışıb. İndi həmin şəxslərdən Azərbaycana və Ermənistan hakimiyyətinə qarşı təzyiq aləti olaraq istifadə edildiyi də aydındır. Rusiyanın onlara 4 kq yardım paylaması buna misaldır.

Ermənilərin baş keşişi son illər bu mövzudan kənara çıxa bilmir. Çünki onun və Azərbaycan torpaqlarına iddia edənlərin "Böyük Ermənistan" yuxusu çin olmadı. 44 günlük müharibə erməni cəmiyyəti və siyasilərinə reallığı göstərdi.

Bu hadisələr erməni cəmiyyətinə yalanlar danışan II Qaregini də ifşa etdi.

Ermənistanın baş naziri Nikol Paşinyan bu keşişi dəyişməyə və "kilsəni xalqa qaytarmağa" çağıraraq demişdi ki, dövlət də, kilsə də xalqa məxsusdur: "Biz dövləti xalqa qaytarmışıq, kilsə də xalqa qaytarılmalıdır".

O, Qaregini subaylıq əhdini pozaraq övladının olmasında ittiham edib: "Bu, faktdır və əgər II Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edərəm". Baş keşişin isə bu ittihama hələ cavabı yoxdur.

Kilsə isə yenə saxta iddialarla hökuməti "xalqın birliyini" "pozmaq"da günahlandırıb.

Nikol Paşinyanın yürütdüyü siyasət və siyasi kursu qərbyönlü sayılır. Bu, həm də Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaq istiqamətində cəhd anlamına da gəlir. Bunun real nəticələri də var. Məsələn, erməniəsilli Rusiya vətəndaşı, milyarder Samvel Karapetyanın Ermənistanda həbs olunması, onun sahib olduğu Ermənistanın elektrik şəbəkəsinin milliləşdiriməsi istiqamətində fəaliyyət, habelə iki ölkə arasında ticarət dövriyyəsinin iki dəfəyə yaxın azalması və s. məsələlər bunu təsdiqləyir.

Yeri gəlmişkən, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə iki dəfə azalacaq: "Əgər keçən il 12.4 milyard dollar idisə, bu il təxminən 6 milyard dollar, bəlkə bir az çox olacaq".

Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə mümkün yaxınlaşması barədə müzakirələr artıq Rusiya ilə münasibətlərə nəhəng mənfi iqtisadi təsir göstərir. Overçuk əlavə edib ki, Rusiya sahibkarları Ermənistanla biznes aparmağa daha ehtiyatla yanaşmağa başlayıblar.

Ermənistanın Statistika Komitəsi bildirib ki, 2025-ci ilin yanvar-aprel aylarında Rusiya ilə ticarətdə 3.7 milyard dollar (-62.5 faiz) azalma qeydə alınıb, bu, idxalın 72.7 faiz və ixracın 6.8 faiz azalması ilə baş verib.

Deməli, Ermənistan Rusiyanın iqtisadi asılılığından çıxmaq istiqamətində qəti addımlar atır.

Belə olan halda Moskvanın bu ölkədə iki başlıca silahından biri kilsə, daha dəqiqi II Qaregin və onun komandası sayılır. O biri isə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın başçılıq etdiyi Rusiya yönlü müxalifət hesab olunur. Bu siyasi qüvvə vasitəsilə mövcud hakimiyyətə təsir və təzyiq etmək səmərə vermir.

Qaregin və komandası isə rəsmi İrəvanın təzyiqlərinə hələ ki dözə bilir. Ona görə də baş keşişin əli ilə köhnə palana içi tökərək nəyəsə nail olmağa çalışırlar. Eçmiədzin kilsəsi isə "erməni abidələrinin dağılması", Qarabağdan könüllü getmiş ermənilərin anlaşılmaz hüquqlarından danışır.

Əslində kilsənin bu məsələni yenidən gündəliyə gətirməklə keşişin hədəfi Nikol Paşinyan hökumətini erməni ictimaiyyətinin gözündən salmaq, Rusiyaya və Qərbdəki müəyyən dairələrə Azərbaycana təzyiq etmək üçün pas verir.

Rusiya gələcək təbliğatında rəsmi İrəvanı ermənilərin "milli dəyərlərini" nəzərə almamaqda ittiham edə, "trolları"nı bu istiqamətdə danışdıra bilər. Keşiş bu çıxış və açıqlaması ilə gündəlikdə qalmağa, erməni cəmiyyətində dayağını itirməməyə çalışır.

Qareginin baş ofisi - Eçmiədzin kilsəsi qədim tikilinin dağılması üstündə inşa olunub. O kilsənin yerində qədimdə atəşpərəstlik məbədi olub. Qriqori əvvəlcə ölkənin ən böyük və nüfuzlu ibadətgahı olan Vağarşabaddakı məşhur atəşpərəstlik məbədini daş hasara aldırmış, az sonra (303-cü ildə) burada xristian məbədi ucaltmışdı. İndi Qaregin onun yaradılmasının 1700 illiyinin qeyd edir.

Kilsənin adına gəlincə, Eçmiədzin erməni dilinə "ēǰ miacinn" kimi tələffüz edilir və "yenidən doğulmuş yerə endi" kimi şərh olunur. Əfsanəyə görə, İsa Məsih guya göydən enərək Qriqoriyə burada görünübmüş. Azərbaycan türkcəsində "Eçmiədzin" sözü "Üç müəzzin" mənasını da verir. Matenadaranda saxlanılan orta əsr sənədlərində məbədin adı məhz "Üçkilsə" kimi xatırlanır. Erməni katalikosluğunun Üçkilsəyə köçürülməsi ilə erməni missionerləri buraya üz tutmuş, onların Cənubi Qafqazda nüfuzlarını artırmaq imkanı yaranmışdı. Bundan sonra monastır ermənilərin dini mərkəzinə çevrilmişdi.

Bu baxımdan Qareginin yalanı Qriqordan başlayır. 17 əsrdir erməni toplumu onların yalanları ilə tərbiyələnir. Sonrakı dövrdə isə Qriqorun dediklərinin mahiyyəti dəyişdi. Onlar İsa Məsih yolunu azaraq, erməni cəmiyyətini alətə çevirdilər. Xristianlığın təbliğ etdiyi sevgini insanlara qarşı düşmənliklə əvəzlədilər.

Qareginin çıxışları bunu təsdiqləyir. Bu kilsə bir zamanlar şeytanla belə müttəfiqlik edərək, erməniləri bir yerə toplayıb. Bütün çirkli işlərə əl ataraq bir dövlətə də nail olub. Ancaq indi həmin kilsə erməni cəmiyyəti və Ermənistanın əleyhinə işləyir. Çünki ənənəvi Rusiyaya tabeliyindən qopa bilmir. Bu halda dövlət də, millət də unudulur. Fəaliyyətlərinə nəzər saldıqda qareginlərin, vazgenlərin Allaha, İsa Məsihə deyil, Moskvaya xidmət etdikləri ehtimalı göz önünə gəlir. Lap elə zənn edilir ki, Qaregin Rusiya informasiya vasitələrindən birinin Ermənistandakı nümayəndəsidir.

Rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində də müəyyən addımlar atır. Baş keşiş isə bu və buna oxşar açıqlamaları ilə Ermənistan dövlətinə etibarın və etimadın yaranmasına zərbə vurur.

Bütün bunlara baxmayaraq nə yaxşı ki, "dəyirman bildiyini edir", qareginlər, rusiyayönlülər isə "çax-çax kimi baş ağrıdırlar"...

"Report" informasiya agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri