Icma.az
close
up
RU
Yalançı sülh istəyi və ya QARĞALAR GÖYƏRÇİN MASKASINDA TƏHLİL

Yalançı sülh istəyi və ya QARĞALAR GÖYƏRÇİN MASKASINDA TƏHLİL

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ administrasiyasının Ukrayna ilə bağlı başlatdığı danışıqlar prosesi Avropada artıq diametral əks reaksiyalar doğurmaqdadır. Yenicə “işə başlayan” ABŞ prezidenti Donald Tramp müvafiq bəyanatlar verməyə, Rusiya prezidentinə zəng vurmağa başlayanda və dörd il ərzində Rusiya nümayəndələri ilə ilk görüşün təşəbbüskarı olanda avropalılar dərhal Vaşinqtonu Ukraynaya xəyanət etməkdə ittiham etdilər. Guya bu səbəbdən də hər cür “fövqəladə sammitlər” təşkil etməyə tələsdilər. Əslində isə, orada, həmin o tələsik təşkil olunan sammitlərdə ABŞ-ın həssas bir “ata rəhbərliyi” olmadan indi necə olacaqlarını müzakirə etmək ön planda olub, lakin tamamilə başqa bir görüntü yaratmaq cəhdi, bir növ, qarğaların sülh göyərçini maskasında görünmək niyyəti artıq ortaya çıxır...

Qərbin sülh dediyi əslində, müharibədir

Ağ Evin Oval kabinetində sülh istəməyən Zelenskinin “pis iş görmüş” biri kimi qovulduğu “parlaq səhnə” və Trampın Kiyevə hərbi yardımı dayandırması, eləcə də Ukrayna Silahlı Qüvvələrinə Amerika kəşfiyyatının “bir sıra detalları” təqdim etməsi fonunda avropalılar, Rusiyanı tamamilə çılğıncasına müharibəyə hazırlaşmağa sövq etmək üçün çalışmaqdadırlar. Məsələ burasındadır ki, amerikalılar Ukrayna və Zelenski ilə bağlı ritorikanı yumşaldıblar. Sonuncunun danışıqlara hazır olduğunu bəyan etməsindən sonra, kollektiv Qərbin “müharibə partiyası”nın qərargahının son həftələrdə “möhkəm yerləşdiyi” Avropada əhval-ruhiyyə də dəyişib. Belə çıxır ki, Avropa guya heç vaxt nə “son ukraynalıya qədər” müharibənin, nə də “Rusiyanın strateji məğlubiyyətinin reallaşmasının” tərəfdarı olmayıb. Görəsən bəs, nəyin tərəfdarı olub və ümumiyyətlə, əvvəlki mövqe ilə indiki arasında kəskin fərq var axı. Maraqlıdır, hansına inanılasıdır və bu nə mövqe, bu nə məntiqdir?

Brüsseldə keçirilən brifinqdə jurnalistlər Avropa Komissiyasının nümayəndəsinə sual veriblər ki, Brüssel Səudiyyə Ərəbistanında Amerika-Ukrayna danışıqlarından sonra Ukrayna ilə bağlı “müharibə tərəfdarı” mövqeyini dəyişmək niyyətindədirmi? "Mən son dərəcə aydın olmaq və aydın fikir bildirmək istəyirəm ki, biz sülhpərvər mövqe tuturuq, ədalətli sülhü dəstəkləyirik", deyə Avropa Komissiyasının sözçüsü Paula Pinho bu suala belə cavab verib. Həqiqətən də bu adam, bu sözçü həmin fikirləri bildirəndə doğrudan da ciddi idimi? Bəlkə, ən azından, "ədalətli" dünya haqqında aydınlıq gətirdiyi zaman bir qədər nə danışdığını düşünsəydi daha yaxşı olardı. Belə çıxır ki, onların versiyasına görə, “ədalətli dünya” Kiyevin bütün “istəklərinin” həyata keçməsi halında vəziyyətlə razılaşır. Bu da yalnız onun hərbi qələbəsi halında mümkündür. Yəni Qərbin sülh dediyi əslində, müharibədir və hər şey Oruellin proqnozlaşdırdığı kimi görünür.

İddialarla bəyan edilənlər olduqca paradoksaldır, çünki fərqlidir

Ən maraqlı məqamlardan biri də odur ki, mətbuat konfransında Avropa İttifaqının Xarici İşlər Nazirliyinin sözçüsü Anitta Hipper deyir ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın 2025-ci ildə Ukraynanı milyardlarla avro dəyərində sursat, raket və hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək barədə hərbi təşəbbüsü qüvvədə qalır. "Bu təklif hələ də gündəmdədir və Avropa İttifaqı ölkələri tərəfindən müzakirə olunacaq", deyə Hipper təsdiqləyib. Həqiqətən də iddialarla “görüntülər” və bəyan edilənlər olduqca paradoksaldır. Çünki tamamilə fərqlidir və Qərb ənənəsinə uyğun şəkildə qətiyyən bir-biri ilə uzlaşmır.

“Biz Ciddədən ABŞ və Ukrayna arasında danışıqlara dair bugünkü xəbəri, o cümlədən atəşkəs razılaşması, ABŞ-dan kəşfiyyat məlumatlarının mübadiləsinin, təhlükəsizlik yardımının bərpası təklifini alqışlayırıq”, deyə bəyan edən Avropa Komissiyası rəhbəri Ursula fon der Leyenin sözlərinə yəqin ki, kiminsə inanacağı məhz bu “uzlaşmama” fonunda sual altında qalır. Axı xanım Ursula, elə keçən həftə Brüsseldə tamamilə “başqa müstəvidə” olduğunu göstərmişdi və Rusiya ilə müharibəyə hazırlaşmaq üçün 800 milyard dəyərində planı da məhz o təqdim etmişdi. Fransa prezidenti Emmanuel Makron özü də “Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqlarda əldə edilən irəliləyişi alqışladığını” bildirib və hətta 30 günlük atəşkəs təklifini də dəstəkləyib. Bəli, keçən həftə fransızlara təcili müraciət edən və Rusiya ilə qaçılmaz müharibə barədə xəbərdarlıq edən, hətta onları buna hazırlaşmağa çağıran həmin Makron dəstəkləyib. Görünən odur ki, yalançı sülh görüntüsü fonun şahinlər məhz göyərçin maskasındadırlar.

Şərtlərin daha sərt və arzuolunmaz olacağı qənaətində olanlar az deyillər və bu hal bir çoxları üçün qorxulu görünür

Sadəcə olaraq, birdən-birə avropalılar belə başa düşdülər ki, bütün bu illər ərzində göz dikdikləri və “istifadə etdikləri” Ukrayna yenidən və nəhayət, ABŞ-ın nəzarətinə keçə bilər. Bəli, Kiyev və Vaşinqton arasında resurs sazişi hələ imzalanmayıb, lakin bu, sonda baş verə bilər qənaəti ortaya çıxdı. Oradakı şərtlər sonda Zelenskinin Ağ Evdəki demarşından əvvəlki orijinal versiyadan daha sərt olacağını da zənn edənlər az deyillər. Bir çoxları elə hesab edirlər ki, bundan sonra vəziyyət və şərtlər məhz Ukrayna üçün daha sərt, daha qeyri-münasib və arzuolunmaz ola bilər.

Əslində, ən vacib vəzifəsi Kiyev rejiminə yatırılan pulun heç olmasa bir hissəsini qaytarmaq olan Avropa üçün də olanlar daha sərt görünür. Trampın artıq bir çoxlarının “istəklərini” geridə qoyduğu qənaəti həmin o bir çoxlarını narahat etməyə başlayıb. ABŞ liderinin sərt şəkildə mövqe bildirməsindən sonra Avropada müşahidə edilən davranışlar pələngin etdiyi ovun ətrafında var-gəl edən qarğaları xatırladır. Məsələ burasındadır ki, Fransa prezidenti Emmanuel Makron kimi birinin sülhdən danışması elə məhz qarğanın sülh göyərçini maskası geyinməsinə bənzəyir. Sülhməramlıların göndərilməsi zərurəti haqqında Avropada olan bütün spekulyasiyalar və müzakirələr də məhz həmin bənzətmənin tam yerində olduğunu təsdiqləyir.

Fransanın müdafiə naziri bildirib ki, Avropa Ukraynanın sülh yolu ilə nizamlanmasında necə iştirak edə biləcəyini müzakirə edir. Onun sözlərinə görə, 15 ölkə sülhün təmin olunmasında iştirak etməyə hazır olduğunu bildirib. O, konkret hansıların olduğunu açıqlamayıb. Amma bu bəyanat Almaniya, İtaliya, Polşa və Böyük Britaniyanın hərbi idarələrinin rəhbərləri ilə görüşdən sonra verilib. Diqqətə çatdıraq ki, bütün bu ölkələr dəfələrlə sülhməramlılar göndərməyə hazır olduqlarını bildiriblər, halbuki, hamısı, xüsusən də “müharibə partiyası”nın liderləri, yəni, İngiltərə və Fransa öz fikirlərini tez bir zamanda irəli-geri dəyişənlər sonradan bunu inkar da ediblər. Bəllidir ki, qorxulu görünür, çünki döyüş hələ davam edir deyə düşünülür.

Ukraynanın qalıqlarını daşımaq niyyətində olan sülhməramlı deyil, “qənimətməramlıdır” və bu “istəklə” hələ çoxları çıxış edə bilərlər

Ötən ay “The Wall Street Journal” bəzi Avropa ölkələrinin nümayəndələrinin Ukraynada qoşunların demarkasiya xətti boyunca deyil, “potensial sərhəddən uzaqda” yerləşdirilməsi ideyasını nəzərdən keçirməyi təklif etdiyini bildirmişdi. Maraqlıdır, bəs niyə oradadırlar? Dırnaqarası “sülhməramlılar” orada hansı “missiyanı” yerinə yetirməli idilər? Ukraynanın “qalıqlarının” Qərbə daşınması missiyasınımı? Bu missiya olduğu halda, onlara sülhməramlı yox, “qənimətməramlı” deyilsə, daha doğru səslənərdi. Daha dəqiq desək, “qalıqları daşımaq” missiyası sülhməramlılıq yox, qənimətməramlılıqdır.

Nəzərə çatdıraq ki, bir il əvvəl Makron özü də Odessaya adam göndərməyə hazır olmaq barədə “nə isə” demişdi. “Qərb rəsmisinin sözlərinə görə, qoşunlar ölkənin şərqində cəbhədə deyil, Ukrayna şəhərlərində, limanlarında, atom elektrik stansiyalarında və Ukraynanın digər mühüm infrastruktur obyektlərində yerləşdiriləcək”, deyə “The Economist” də özünəməxsus tərzdə yazır. Deməli, məsələnin mahiyyəti artıq çoxdan bəllidir və bunu Qərb nəşrləri belə açıq-aydın şəkildə yazırlar və tirajlayırlarsa, artıq nəinsə gizli saxlanmadığı belə ortadadır.

Məsələ burasındadır ki, “müstəqil dövlətin” son “bölünməsində” iştirak etmək istəyənlər təkcə fransızlar, ingilislər və almanlar deyillər. Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bildirib ki, Kopenhaygen də Ukraynaya sülhməramlılar göndərməyə hazırdır. Hər şey aydındır və deməli, “qənimətməramlı” olmaq istəyi ilə hələ çoxları çıxış edə bilərlər.

Qənimət naminə müharibə istəyən qarğalar indi sadəcə olaraq, sülh göyərçini maskasındadırlar...

Görünən odur ki, “Rusiyanın strateji məğlubiyyətinə hesablanan müharibədə” nəticə verməsə, heç olmasa Ukraynadan hələ də mümkün olanı “çıxarmağa” nail olmaq “ön plana” keçir. Trampın qətiyyətli olmasını başa düşən avropalılar burunlarını “ümumi çuxura” soxmağa çalışırlar. Onlar hesab edirlər ki, çox az vaxtları qalıb və atəşkəsə qədər hansısa açıq qalacaq “pəncərədən” istifadə etmək “şanslarını” qaçırmamalıdırlar. Amma kim bu “pəncərənin” açıq qalacağına əmin ola bilər və bu “şansı”, həmin o haqqında düşünülən “pəncərəni” ruslar açacaqlarmı? Həqiqətən də avropalılar elə hesab edirlərmi ki, Rusiya öz ordusunu eyni zamanda son həlledici döyüşə hazırlayarkən Qərbə müstəqil dövlətin qalıqlarını çıxarmaq üçün bu qədər “sərbəst” bir imkana sahib olan “pəncərə” verəcək? Əgər belə hesab edirlərsə, əməlli-başlı yanılırlar.

Əgər onlar hələ də inanırlarsa ki, “yeni Minsk” yarada biləcəklər, özlərini aldadırlar. Əvvəllər olduğu kimi, sülh əvəzinə Qərbin uydurduğu atəşkəs nağılına rusların bundan sonra da qulaq asacağına hələ də ümid edirlərsə, deməli, tamamilə yanlış yoldadırlaq və xəyallar aləmindədirlər. Axı onlara ruslar tərəfindən dəfələrlə deyilib ki, Rusiyaya atəşkəs yox, dayanıqlı sülh və bunun əsasında da münaqişənin əsas səbəblərini aradan qaldırmaq lazımdır. Əgər danışıqların nəticəsinin olmasını istəyirsə, ABŞ prezidenti Tramp da öz növbəsində, heç şübhəsiz ki, Avropanın “nazı ilə oynamaq” yox, Rusiyanın dayanıqlı sülh barədə bildirdikləri ilə razılaşmalı olacaq.

Məsələ burasındadır ki, real vəziyyəti, sadalananları deyəsən ya başa düşmürlər, ya da başa düşmək istəmirlər. Heç onu da başa düşmək istəmirlər ki, Zelenski də “öz postundan aralanmaq” fikrində deyil və ərazi məsələsi də hələ sual altında qalır. Çünki o bəyan edir ki, danışıqların necə bitməsindən asılı olmayaraq, Ukrayna ərazilərin itirilməsini tanımayacaq. Belə olan halda, daha bir sual yaranır ki, bəs Rusiya üçün hansı maraq qalır? Deməli, belə çıxır ki, avropalılar sülhdən danışsalar da, bir növ, yeni müharibəyə hazırlaşırlar. Belə çıxır ki, qalan mineral ehtiyatların Rusiyanın əlinə keçməməsi, özlərinə qalması üçün çalışırlar. Bu isə onu deməyə əsas verir ki, qənimət naminə müharibə istəyən və qar-qar qarıldaşan qarğalar indi sadəcə olaraq, sülh göyərçini maskasındadırlar...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see258

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see144

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri