Icma.az
close
up
RU
Yalçın Rəfiyev UNFCCC Köməkçi Orqanlarının 62 ci sessiyasında iştirak edib

Yalçın Rəfiyev UNFCCC Köməkçi Orqanlarının 62 ci sessiyasında iştirak edib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərliyi ilə COP29 Sədrliyinin danışıqlar üzrə nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 62-ci sessiyasında (SB62) və bu çərçivədə keçirilən tədbirlərdə iştirak edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, SB62 çərçivəsində nazir müavini Y.Rəfiyev Türkiyə, Avstraliya, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Filippin, Qırğız Respublikası, Misir və Çin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib və bir sıra aparıcı beynəlxalq media qurumlarına müsahibələr verib.

Sessiyanın gündəliyinin razılaşdırılması üzrə ilk 2 gün ərzində aparılmış danışıqlar nəticə vermədiyi üçün Köməkçi Orqanların sədrləri və COP30-un Braziliya Sədrliyinin müraciəti əsasında ölkəmizin nümayəndə heyəti Tərəf dövlətlər arasında kompromisin əldə edilməsi məqsədilə vasitəçilik edib və intensiv danışıqlardan sonra gündəliyin qəbuluna nail olunub.

UNFCCC-nin Köməkçi Orqanların sədrləri, eləcə də çıxış edən bir sıra nümayəndə heyətləri SB62-nin gündəliyinin razılaşdırılması və qəbul edilməsi prosesində göstərdiyi həlledici dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür ediblər. COP30-un gündəliyində olan bir neçə vacib istiqamət üzrə danışıqların COP29-da Azərbaycan Sədrliyi tərəfindən hazırlanmış sənəd layihələri üzərindən başlanması barədə razılığa gəlinib. Nəticədə, bəzi yekun qərarlarda Azərbaycan tərəfinin COP29-da hazırladığı layihələrin mətnlərindən istifadə olunub.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən COP29-un tarixi nəticələrini təşviq etmək, eləcə də COP29 çərçivəsində həyata keçirilən uğurlu fəaliyyətin ardıcıllığını təmin etmək məqsədilə tədbirlər təşkil edilib.

Bu tədbirlərdən dördü COP29 Sədrliyinin Fəaliyyət Planının təşəbbüsləri olan İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Bakı Hub) Tərəfdaşlığı: Sülh naminə İqlim Fəaliyyətinin Təşviqi və Bakı Qlobal İqlim Şəffaflığı Platforması ilə bağlı olub

SB62-də həmçinin Azərbaycanla Braziliya tərəfindən COP29-da Azərbaycan və Braziliyaya verilmiş mandatdan irəli gələrək iqlim maliyyəsinin 1.3 trilyona qaldırılması ilə bağlı “Bakıdan Belemə 1.3 trilyon ABŞ dolları üzrə Yol Xəritəsi”nə dair dövlət və qeyri-dövlət aktorlarla iki dinləmə görüşü və “Bakıdan Belemə: Uyğunlaşma ambisiyalarının danışıqlardan fəaliyyətə keçidi” adlı konfrans təşkil edilib.

Bundan əlavə, COP29 Sədrliyi rolundan irəli gələrək, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyəti SB62 çərçivəsində iqlim dəyişmələrinin müxtəlif istiqamətlərini əhatə edən çoxsaylı mandatlı tədbirin açılışını edərək, COP29-un tarixi nəticələrinin iqlim fəaliyyətinə verdiyi töhfələri diqqətə çatdırıb, xüsusilə də həmin qərarların iqlim dəyişmələri ilə mübarizəyə, o cümlədən imkanları zəif olan dövlətlərə verəcəyi töhfələri qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri