Yalın əllərlə tuturlar: Rusiyada axının çəkilməsinə görə tonlarla balıq sahildə qaldı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Maqadan dairəsində baş verən axının çəkilməsi nəticəsində sahilboyu ərazidə azı dörd ton siyənək balığı daşların arasında ilişərək dənizə qayıda bilməyib.
Oxu.Az bildirir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Hadisə barədə yerli sakinlər danışıblar. Onların sözlərinə görə, balıqlar sahilə yaxın ərazidə qalıb, dənizə çıxış isə daşlarla bağlanıb. Yerli sakinlər və balıqçılar balıqlara yardım göstərmək məqsədilə daşları kənarlaşdırmağa çalışıblar, lakin bu, nəticə verməyib.
Hazırda balıqları sahildə insanlar yalın əlləri ilə toplayırlar, həmçinin qağayılar bu "ziyafətdən" geninə boluna istifadə edirlər.
Mütəxəssislər hesab edirlər ki, balıqların əksəriyyəti gün ərzində tələf olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 İyun 2025 07:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















