Yalnız arıqlamaq məqsədilə oruc tutmaq olarmı?
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir. Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər”.
“Cebheinfo.az” xəbər verir ki, bunun Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir:
“Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir. Oruclu insan günah əməllərdən də özünü tutmalıdır. İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır.
Oruc tutan insan hətta beynini belə pis fikirlərdən təmiz saxlamalıdır. Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə bu orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq. Allah bütün dua və ibadətləri qəbul etsin”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 24 Fevral 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















