Icma.az
close
up
RU
Yalnız zənginlər görə biləcək “Kosmik işıq” satışa çıxarıldı

Yalnız zənginlər görə biləcək “Kosmik işıq” satışa çıxarıldı

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də fəaliyyət göstərən "Reflect Orbital" şirkəti kosmosa nəhəng güzgülər yerləşdirərək günəş işığını gecə saatlarında Yerə əks etdirməyi planlaşdırır

Şirkət bu xidmətini “ödənişli müştərilərə özəl gecə işığı” kimi təqdim edir. Lakin alimlər xəbərdarlıq edirlər ki, bu layihə həm təbiət tarazlığına, həm də astronomik müşahidələrə ciddi təhlükə yarada bilər.

Hələlik heç bir güzgü orbitə göndərilməsə də, şirkət 2026-cı ilin aprelində 60x60 fut ölçülü sınaq peyki buraxmaq üçün ABŞ Federal Rabitə Komissiyasına (FCC) rəsmi müraciət edib.

Şirkət layihə üçün ötən aylarda 20 milyon dollarlıq investisiya cəlb edib və ABŞ Hərbi Hava Qüvvələri ilə 1,25 milyon dollarlıq müqavilə imzalayıb. Rəsmi açıqlamalarda bu layihə ABŞ-nin milli müdafiəsini gücləndirəcək addım kimi təqdim olunur.

Şirkətin məlumatına görə, artıq 157 ölkədən 260 mindən çox şəxs kosmosdan əks etdirilən günəş işığı üçün yer rezervasiya edib. Layihə bəzi investorlar tərəfindən gələcəyin reklam və təhlükəsizlik texnologiyası kimi də qiymətləndirilir.

Lakin bəi ekspertlər bu layihənin ekosistem üçün təhlükəli olduğunu düşünürlər. Silverado Hills Rəsədxanasının alimi Con Berentine bildirib ki, bu güzgülər hədəf bölgəni keçdikdən sonra belə işıq saçmağa davam edəcək:“Onları söndürmək mümkün deyil. Bu işıq yalnız şəhərləri deyil, ekosistemi də zədələyəcək".

Berentine əlavə edib ki, işığın parlaqlığı aydan dörd dəfə çox olacaq və bu, həm canlılara, həm də atmosferin təbii işıq balansına mənfi təsir göstərəcək.

Şirkətin planına əsasən, peyk güzgüləri Günəşlə sinxron şəkildə hərəkət edəcək, qütbdən qütbə bütün planeti dolaşacaq və 2026-cı ildə keçiriləcək ilk sınaq zamanı müşahidəçilər bu hadisəni hərəkət edən parlaq ulduz kimi görəcəklər.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri