Yamal Barselona da 51 ci qolunu vurdu VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın "Barselona" futbol klubunun vingeri Lamin Yamal komandanın heyətində 50 və 51-ci qolunu vurub.
İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu üçün yubiley topu İspaniya çempionatında "Rayo Valyekano" ilə matçına təsadüf edib.
Yamal qarşılaşmanın 21-ci dəqiqəsində fərqlənib. "Barselona"da 50-ci qolunu vurarkən ispan oyunçunun 19 yaş 49 günü tamam olub. Bu göstəriciyə çatmaq üçün ona 154 matç kifayət edib. Futbolçu oyuna əsas vaxtına əlavə olunmuş dəqiqələrdə daha bir qol vuraraq dubl edib.
Mərkəz hücumçusuna dəstək olan vinger bu müddət ərzində 52 məhsuldar ötürmə ilə də yadda qalıb.
Qeyd edək ki, cari mövsümdə Yamal ilk qollarını vurub. Futbolçu 2025/26 mövsümündə Hans-Diter Flikin komandasında keçirdiyi 45 oyunda 24 dəfə toru silkələyib.
Baxış sayı:184
Bu xəbər 01 Sentyabr 2026 02:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















