Yamal dünyanın ən yaxşı oyunçularını AÇIQLADI: Mbappe və Vinisius haqda görün nə dedi
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lamin Yamal, ən yaxşı gənc idmançı kimi tanındığı Laureus dünya idman mükafatları mərasimində dünyanın ən yaxşı oyunçularından danışıb.
Lent.az xəbər verir ki, “Barselona”nın futbolçusu ən yaxşı gənc idmançı seçilib.
"Hər kəsin öz fikri var. Mən hələ gəncəm, hələ də öyrənirəm, amma bilirəm ki, artıq keyfiyyətli oyunçuyam. Özümü başqaları ilə müqayisə etməyi xoşlamıram - futbol mənim üçün bu deyil.
Hazırda Maykl Olise, Pedri, Harri Keyn, Dellan Rays və Rayan Şerki kimi bir çox inanılmaz oyunçu var”.
Kilian Mbappe və Vinisius haqqında soruşulduqda, Yamal bu cavabı verib: "Mən onları dünyanın ən yaxşısı hesab etmirəm. Bəlkə də “Real” da oynadıqları üçün... amma hər kəs futbola fərqli baxır".
Bu mövsüm Yamal "Barselona"da 45 oyun keçirib, 24 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 24 Aprel 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















