Yamal Messinin 13 illik rekordunu TƏKRARLADI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya La Liqasının ilk 5 matçında 3 dubl etməklə Lionel Messinin 13 illik rekordunu təkrarlayıb.
Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc hücumçu XXI əsrdə İspaniya çempionatının ilk 5 matçında 3 dəfə iki qol vuran ikinci futbolçu olub.
İspaniyalı forvard cari mövsümdə "Rayo Valyekano" (5:2), "Valensiya" (5:0) və "Levante" (4:2) ilə matçların hər birində iki qol vurub. Əvvəlki analoji göstərici 2012/2013 mövsümündə L. Messi tərəfindən gerçəkləşdirilib. Argentinalı hücumçu həmin vaxt ilk 5 turda "Real Sosyedad" (5:1), "Osasuna" (2:1) və "Xetafe"yə (4:1) qarşı keçirilən görüşlərdə dubla imza atıb.
Qeyd edək ki, futbolçu cari mövsümdə bütün turnirlərdə 7 qol (La Liqada 6, Çempionlar Liqasında 1) vurub. O, ölkə çempionatının bombardirlər yarışında Kilian Mbappe, Rafinya və Serxio Kamelyo ilə birgə birinci pilləni bölüşdürür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Sentyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















