Yamal: “Min dəfə irqçiliklə qarşılaşmışam”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona”nın futbolçusu, İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan Lamin Yamal irqçiliklə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, o, “Movistar”a müsahibəsində irqçiliklə dəfələrlə qarşılaşdığını deyib.
“Bəli, min dəfə. Düşünürəm ki, insanlar irqçiliyi dolayı yolla nümayiş etdirə və hətta bunu anlamaya bilərlər. Çox vaxt elə şərhlər, eləcə də irqçi baxışlar olur ki, insanlar özləri də bunun fərqinə varmırlar. Mən elə bir yerdə böyümüşəm ki, buna öyrəşirsən. Ona görə yox ki, bunu qəbul edirsən — çünki səhv şeyləri qəbul etmək olmaz. Sadəcə, bu, artıq mənə toxunmur.
Axırda, kiminsə mənə qara deməsi ümumiyyətlə xətrimə dəyməz. Mən qarayam, dərimin rəngi belədir. Başqa məsələdir ki, insan bunu xüsusilə məni təhqir etmək üçün deyirsə. Əlbəttə, o zaman bu artıq səhvdir.
Amma mən matç zamanı başa düşərək ki, bu insan biletə pul verib məni görməyə gəlib, onun mənə hörmətsizlik etməsinə görə əsəbiləşməyəcəyəm”, - deyə Lamin Yamal bildirib.
Baxış sayı:86
Bu xəbər 17 Sentyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















