Yamal “Qızıl top”un verilmə meyarlarını açıqladı
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona”nın hücumçusu Lamin Yamal “Qızıl top”un sahibini müəyyənləşdirən meyarlar barədə danışıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu mükafatı daha çox komanda kuboku qazanan və ya daha çox qol vuran deyil, məhz dünyanın ən yaxşı oyunçusu almalı olduğunu bildirib.
“İndi problem odur ki, insanlar “Qızıl top”un qalibini müəyyən etməməli olan şeylərə qiymət verirlər. Məsələn, deyəndə ki, PSJ oyunçusu onu qazanmalıdır, çünki onlar Çempionlar Liqasını qazanıblar. Amma siz Çempionlar Liqasında qalib gələndə sizə Çempionlar Liqası kuboku təqdim olunur. O, ən yaxşı komandaya verilir. Başqa məsələ ki, əgər PSJ-də dünyanın ən yaxşı futbolçusu oynayırsa”, – deyə Yamal “Movistar Plus” kanalında yayımlanan “Universo Valdano” proqramında bildirib.
Onun fikrincə, yüksək məhsuldarlıq da avtomatik olaraq həlledici arqumentə çevrilməməlidir.
“Qızıl top” dünyanın ən yaxşı oyunçusuna verilməlidir, vəssəalam. Sadəcə 80 qol vuran futbolçuya yox. Çünki 80 qol vuran zaman sənə mövsümün ən yaxşı bombardiri mükafatı verilir. Bunlar fərqli şeylərdir”, – deyə o qeyd edib.
Yamal əlavə edib ki, dünyanın ən yaxşı futbolçusu oyununun tamaşaçılarda yaratdığı təsirlə fərqlənməlidir.
“Dünyanın ən yaxşı futbolçusu odur ki, tamaşaçı qismində onun oyununu izləyirsən və zövq alırsan. Onu görürsən və başa düşürsən ki, o, başqalarından çox fərqlənir. Dünyanın ən yaxşı futbolçusu kimi hamıdan çox qol vuran və ya çox titullar qazanan deyil, həqiqətən də ən yaxşı olan tanındıqda, onda “Qızıl top” yenidən əsl dəyərini qazanacaq”, – deyə “Barselona”nın futbolçusu sözlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Sentyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















