Yamal son iki ayda ardıcıl olaraq La Liqada ayın oyunçusu seçilib
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Barselona”nın cinah oyunçusu Lamin Yamal ardıcıl ikinci dəfə La Liqada ayın oyunçusu seçilib.
İdman.Biz-in məlumatına görə, Kataloniya klubu mükafatı X sosial media hesabında açıqlayıb. 18 yaşlı futbolçu əvvəllər noyabr ayı üçün mükafatı qazanmışdı və indi dekabr ayında bu uğuru təkrarlayıb.
Ötən ay “Barselona” “Atletiko Madrid” (3:1), “Betis” (5:3), “Osasuna” (2:0), “Vilyarreal” (2:0) və “Espanyol” (2:0) komandalarını məğlub edərək beş liqa oyununda qalib gəlib. Yamal bu matçlarda iki qol vurub.
“Real Madrid”in hücumçusu Kilian Mbappe sentyabr və oktyabr aylarında La Liqada ayın oyunçusu seçilib. Bu mövsüm Lamin Yamal “Barselona”nın heyətində bütün yarışlarda 22 oyun keçirib, 9 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 09 Yanvar 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















