Icma.az
close
up
RU
Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”

Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

İspaniya millisinin futbolçusu Lamin Yamal UEFA Millətlər Liqasında Xorvatiya üzərində qazanılan 4:1 hesablı qələbədən sonra maraqlı açıqlamalar verib.

Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya bununla məğlubiyyətsiz oyunlar seriyasını 40-a çatdırıb. 

Yamal son bir ayda forması ilə bağlı səslənən tənqidlərə münasibət bildirib:

“Bir ay əvvəl hamınız pis vəziyyətdə olduğumu, mənə nə baş verdiyini bilmədiyinizi deyirdiniz. İndi sakitəm və bundan zövq alıram. Amma bilirəm ki, istənilən an yenidən bir ay əvvəl dediklərinizi deməyə başlayacaqsınız”. 

“Barselona”nın ulduzu hazırda karyerasının ən xoşbəxt dövrlərindən birini yaşadığını da qeyd edib. “Qızıl top”la bağlı suala isə belə cavab verib:

“Mən səs vermirəm, kimin qalib gəldiyini də bilmirəm. Gözləmək və oynamağa davam etmək lazımdır. Mən yalnız bu ‘Qızıl top’ üçün oynamıram. Özüm, azarkeşlər və ölkəm üçün oynayıram”. 

Yamal Xorvatiyaya vurduğu ilk qoldan da danışıb. O, rəqib qapıçı Dominik Livakoviçi məşqlərdən yaxşı tanıdığını və zərbə zamanı onun reaksiyasını nəzərə aldığını bildirib. 

İspaniyalı futbolçu komandanın yanaşmasını da xüsusi vurğulayıb: “Hər oyuna tam köklənmiş çıxmalıyıq. Baş məşqçi də bunu bizdən istəyir, öz aramızda da daim bu barədə danışırıq. Qələbəyə görə çox xoşbəxtəm”. 

Qeyd edək ki, Lamin Yamal Millətlər Liqasının ötən turunda İngiltərə ilə görüşdə (3:2) də qol vurmuşdu. 

Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 Sentyabr 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri