Yamalın atası Qızıl top 2025 in təşkilatçılarını oğluna zərər verməkdə ittiham etdi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Barselona" klubunun futbolçusu Lamin Yamalın atası Munir Nəsraui "Qızıl top" mərasiminin təşkilatçılarını oğluna mənəvi zərər verməkdə ittiham edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Marca" nəşri məlumat verib.
Futbolçunun atasının sözlərinə görə, mükafatın nəticələri fərqli olmalı idi.
"Hesab edirəm ki, bu, soyğunçuluq deyil, amma insana verilə biləcək ən böyük emosional zərərdir. Lamin Yamal böyük fərqlə dünyanın ən yaxşı futbolçusudur. Mənim oğlum olduğuna görə yox, çünki, o, dünyanın ən yaxşı oyunçusudur", - deyə Nəsraui qeyd edib.
Qeyd edək ki, "Qızıl top" mükafatının qalibi PSJ-nin hücumçusu Usman Dembele olub, Yamal isə səsvermədə ikinci yeri tutub. 18 yaşlı ispaniyalı həm də ilin ən yaxşı gənc oyunçusuna verilən "Kopa Trophy" kubokunu qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Sentyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















