Yamalın dəyəri fantastik həddə çatdı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Futbol aləmində gənc istedadların dəyərinin günü-gündən artdığı bir vaxtda, 17 yaşlı Lamin Yamalın qiyməti inanılmaz həddə çatıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) hesablamasına görə, "Barselona"nın gənc ulduzunun bazar dəyəri 400 milyon avronu keçib və o, dünyanın ən dəyərli futbolçusu olub.
CIES Yamalın transfer dəyərini təxminən 402,3 milyon avro olaraq qiymətləndirir. 2024-cü ilin noyabrında 17 yaşı tamam olan Yamal cəmi 6 ay ərzində dəyərini 221,4 milyon avro artırmağı bacarıb.
Yamalın ən yaxın izləyicisi 239,5 milyon avro dəyərindəki norveçli ulduz Erlinq Holanddır. Üçüncü yerdə isə "Real Madrid"in dəyəri 233,8 milyon avro olan gənc ulduzu Cud Bellinqem qərarlaşıb.
Baxış sayı:93
Bu xəbər 05 İyun 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















