“Yamalın hələ bütün potensialını görməmişik”
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Luis de la Fuente “Barselona”nın gənc ulduzu Lamine Yamal barədə danışıb.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 64 yaşlı mütəxəssis son günlər diqqət mərkəzində olan 19 yaşlı futbolçunun həm indiki durumu, həm də gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
De la Fuente Yamalın yaşına baxmayaraq meydanda və meydandan kənarda peşəkar davrandığını vurğulayıb:
"Lamin sözün əsl mənasında peşəkarlıq nümayiş etdirir və hər şeyə sakit yanaşır. Komandadakı bütün futbolçular kimi o da anlayır ki, hər kəsin hər an yerinə yetirməli olduğu öz rolu var. Bu, komandamızın güclü tərəflərindən biridir".
İspaniya millisinin çalışdırıcısı gənc futbolçunun hələ potensialının zirvəsinə çatmadığını da bildirib:
"Laminin cəmi 19 yaşı var və qarşıda uzun bir yol var. O, həm futbolçu, həm də şəxsiyyət kimi inkişafını davam etdirir. Hələ onun bütün potensialını görməmişik. Lakin hər şeyi addım-addım düşünməliyik. Dörd-beş ildən sonra nə baş verəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil".
Baxış sayı:82
Bu xəbər 25 Avqust 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















