Icma.az
close
up
RU
Yan Oblak ən çox mükafat qazanan qolkiper kimi yeni rekorda imza atdı

Yan Oblak ən çox mükafat qazanan qolkiper kimi yeni rekorda imza atdı

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Atletiko Madrid"in qapıçısı Yan Oblak 2024/25 mövsümündə La Liqanın ən az qol buraxan qapıçısı kimi "Samora" mükafatına layiq görülüb.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Samora" trofeyi İspaniyanın məşhur "Marca" qəzeti tərəfindən təqdim olunur və adını əfsanəvi qolkiper Rikardo Samoradan alıb. Mükafatı qazanmaq üçün qapıçılar İspaniya çempionatında ən azı 28 oyunda (hər oyunda minimum 60 dəqiqə) iştirak etməli və hər matçda buraxılan qolların orta göstəricisi ən aşağı olmalıdır.

Oblak bu mövsüm La Liqada 38 turdan 36-da iştirak edib, cəmi 30 qol buraxıb və 15 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Bu, sloveniyalı qolkiperin altıncı "Samora" mükafatıdır. O, daha əvvəl 2016-2019 və 2021-ci illərdə bu mükafata layiq görülmüşdü. Beləliklə, Oblak bu göstəricidə "Barselona"nın əfsanəvi qapıçıları Viktor Valdes və Antoni Ramaletsə məxsus olan rekordu yeniləyərək tarixdə bu titulu ən çox qazanan qapıçı olub.

Xatırladaq ki, mövsümün son turunda "Atletiko Madrid" səfərdə "Jirona"nı 4:0 hesabı ilə məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri