Yanacağın qiymətindəki dəyişiklik nəqliyyat tariflərinə təsir edəcək?
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik olacaq. Bu dəyişiklik sərnişinlərin gündəlik xərclərinə və nəqliyyat şirkətlərinin maliyyə idarəçiliyinə birbaşa təsir göstərir. Eyni zamanda, yanacaq qiymətlərinin uzunmüddətli artımı nəqliyyat şirkətlərinin investisiya planlarına və göstərdikləri xidmətin keyfiyyətinə təsir edə bilər. Buna baxmayaraq, şəhərdaxili ictimai nəqliyyat sistemində modernləşdirmə işləri və yeni ödəniş sistemlərinin tətbiqi sərnişinlər üçün rahat və şəffaf xidmətin təmin olunmasına imkan yaradır. İctimai nəqliyyatın inkişafı və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan tədbirlər davam edir, bu isə gediş-haqqının tənzimlənməsini daha optimal edir.
Yanacaq qiymətlərində baş verən artım nəqliyyatda gedişhaqqı tariflərinin dəyişməsinə səbəb olacaq?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, avtoparkların əksər hissəsini elektobuslar, sıxılmış təbii qazla işləyən avtobuslar təşkil edir. Taksi parkının da yenilənmələrdən sonra əsas hissəsi elektomobildir.
"Bu səbəbdən yanacaq qiymətlərindəki artım gedişhaqlarının minimal dərəcədə dəyişməsinə səbəb ola bilər. İctimai nəqliyyatda baş verən son qiymət artımında da qeyd olunub ki, yalnız tələblərə cavab verən avtobusların tarifləri dəyişib”, - ekspert vurğulayıb.
R. Ağamirzəyev bildirib ki, bu il “Brutto müqavilə”nin tətbiqi çərçivəsində daha maraqlı proseslər gözlənilir:
"Cari ildə 15% nağd ödənişlə işləyən avtobusların da nağdsız ödəniş sisteminə keçidini təmin etmək lazımdır. Bu gün güzəşt qrupları tələbələr, təqaüdçülər, müharibə veteranları üçün fərdi bilet paketlərinin və 90 dəqiqəlik pulsuz tranzit imkanlarının tətbiqi ümumi xərclərin optimallaşdırılmasına zəmin yaradır və bu, daha vacibdir".
Nəqliyyat eksperti Eldəniz Cəfərli isə açıqlamasında bildirib ki, yanacağın qiyməti 5–10% civarında dəyişib.
"Bu dəyişikliyə görə ictimai nəqliyyatda və taksidə gediş haqqı artmayacaq. Ümumiyyətlə, taksidə gediş haqqı dəyişən tariflə müəyyən olunur və tələb-təklif əsasında formalaşır", - ekspertqeyd edib
O əlavə edib ki, taksidə istifadə olunan nəqliyyat vasitələrinin böyük əksəriyyəti hibrid modellərdir və bu, müəyyən xərclərin azalmasına səbəb olur.
"Başqa sözlə, dizel yanacağı və benzinin qiymətinin 5% yüksəlməsi nəqliyyatda tariflərin artmasına gətirib çıxarmamalıdır", - deyə E. Cəfərli vurğulayıb.
Oxunub 26
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Yanvar 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















