Yanacaqdoldurma məntəqəsində huşunu itirən kişinin pulunu oğurladılar
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda yanacaqdoldurma məntəqəsində (YDM) huşunu itirən kişi soyğunçuluğa məruz qalıb.
"Ölkə.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Epilepsiya xəstəsi olan 62 yaşlı Şahlar Şıxməmmədov idarə etdiyi "AzSamand" markalı avtomobillə "Şamaxinka"dakı YDM-də olarkən huşunu itirib və yerə yıxılıb. O, YDM-nin əməkdaşları və sürücülərin köməkliyi ilə Binəqədi Tibb Mərkəzinə yerləşdirilib. Xəstəxanada özünə gələn Şahlar Şıxməmmədov müəyyən edib ki, onun üzərində olan telefon və 930 manat pulunu oğurlayıblar.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:İranda yanacaqdoldurma məntəqəsində yanğın
04 Aprel 2025 15:53
Yanacaqdoldurma məntəqəsində yanğın Video
21 Avqust 2025 23:01
Yanacaqdoldurma məntəqəsində partlayış olub
29 Avqust 2025 23:52
Zeynəbdən yanacaqdoldurma məntəqəsində FOTOSESSİYA
10 Sentyabr 2025 14:26
Təbrizdə yanacaqdoldurma məntəqəsində yanğın
12 Dekabr 2024 19:49
Baxış sayı:58
Bu xəbər 22 Yanvar 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















