Icma.az
close
up
RU
“Yanan” Ermənistan olacaq

“Yanan” Ermənistan olacaq

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Rusiya-NATO qarşıdurması Cənubi Qafqazda ən çox Ermənistana təsir edəcək”.

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında Rusiya ilə NATO arasında ciddi hərbi qarşıdurmanın baş verməsi halında bunun Azərbaycan, Gürcüstan və Ermənistana təsiri ilə bağlı suala cavab verərkən bildirib. 

O qeyd edib ki, Rusiya-NATO qarşıdurmasının təsir imkanları Cənubi Qafqazda da özünü göstərə bilər:

“Son zamanlar Rusiya ilə NATO arasında hərbi qarşıdurma ehtimalı daha da artıb. Əgər indiki  siyasi proseslər belə davam edərsə, heç bir müsbət dəyişiklik baş verməzsə, istənilən zaman Rusiya ilə NATO arasında silahlı qarşıdurma baş verə bilər. Belə bir halda bu, qlobal savaşa çevriləcək və dünyanın bütün bölgələrinə təsir edəcək.

Qlobal müharibənin Cənubi Qafqaza da təsir edəcəyi istisna deyil. Rusiya ilə NATO arasında müharibənin baş verəcəyi təqdirdə Ermənistan birmənalı şəkildə NATO-nun yanında yer almağa məcbur olacaq. Düzdür, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının üzvüdür və Rusiyanın hərbi müttəfiqi sayılır.

Amma belə bir halda Ermənistan Rusiya ilə NATO arasında seçim etmək məcburiyyətinə düşə bilər. Xüsusi bir məqamı qeyd edim ki, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan NATO rəsmiləri ilə qapalı toplantıda Ermənistanı NATO-nun cənub cinahı olmağı təklif etmişdi”. 

O bildirib ki, əgər Ermənistan NATO-nun yanında yer alarsa və NATO-ya öz ərazisindən Rusiyaya qarşı istifadə etməsinə imkan verərsə, bu, Ermənistanın dövlətçiliyinə ciddi təhlükə yaradacaq: 

“Azərbaycan və Gürcüstana gəlincə, Azərbaycan NATO-nun Şərq Tərəfdaşlıq Proqramının üzvü olsa da NATO-nun qarşısında heç bir öhdəliyi yoxdur. Həmçinin, Azərbaycanın Rusiya qarşısında öhdəliyi yoxdur. Qlobal müharibədə Azərbaycan öz neytrallığını qoruyub saxlaya biləcək. Azərbaycan heç bir tərəfi dəstəkləməyəcək.

Eyni hal Gürcüstana da münasibətdə aktualdır. Bildiyimiz kimi, Gürcüstanın Rusiya ilə münasibətləri tam normallaşmayıb, Qərb tərəfindən isə ciddi təzyiqlərə məruz qalır. Yəni, Gürcüstanın hər iki tərəf ilə münasibətdə problemlər var. Amma Rusiya-NATO müharibəsi halında Gürcüstanın neytral qalma ehtimalı yüksəkdir. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanın daha çox tərəf tutması ehtimal olunur”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri