Yanan maşını DYP postuna sürən sürücünü yol polisləri belə xilas etdi VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Ağsu rayon sakini Əzizaman İsmayılov idarə etdiyi yük avtomobili ilə magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə müşahidə edib.
Avtosfer.az xəbər verir ki, tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin stasionar postuna sürərək kömək istəyib.
YPX əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb, avtomobilin və daşınan yükün yanaraq sıradan çıxmasının qarşısı alınıb.
Sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaş məmnunluğunun təmin edilməsinin xidməti vəzifə borcu olduğunu vurğulayır, bununla yanaşı yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı tövsiyə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 03 İyul 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















