Yanan oteldə qalan jurnalist Nedim Türkmen və ailəsi həyatını itirdi
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bolu Kartalkayadakı Grand Kartal otelində tətildə olduqları bildirilən və səhər saatlarından xəbər alınmayan “Sözcü” qəzetinin yazarı Nedim Türkmen və ailəsinin yanğında həyatını itirdiyi öyrənilib.
Lent.az-ın məlumatına görə, Türkiyənin aparıcı turizm bölgələrindən olan Boluda Kartalkaya xizək kurortunda yerləşən “Grand Kartal” otelində gecə saatlarında yanğın baş verib. İlkin məlumata görə, yanğın zamanı 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.
Təxminən 10 saatlıq müdaxilədən sonra yanğın nəzarət altına alınarkən, "Sözcü" qəzetinin yazarı Nedim Türkmenin fəlakətin baş verdiyi oteldə qaldığı öyrənilib. Ailəsi ilə birlikdə oteldə saatlarla qalan Türkməndən xəbər olmadığı açıqlanıb.
Sonrakı saatlarda Türkmən və ailəsindən üzücü xəbər gəlib. Yanğında həyatını itirən 66 nəfər arasında Nedim Türkmen, həyat yoldaşı və iki uşağının olduğu açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 21 Yanvar 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















