Icma.az
close
up
RU
YANDINIZ? İsti hava siqaret və spirt kimi qocaldır

YANDINIZ? İsti hava siqaret və spirt kimi qocaldır

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

25 min nəfəri əhatə edən genişmiqyaslı araşdırma aparılıb


Təxminən 25 min nəfəri əhatə edən genişmiqyaslı yeni araşdırmaya görə, isti hava dalğalarına uzun müddət məruz qalmaq, müntəzəm siqaret çəkmək və ya spirtli içki qəbul etmək kimi bədənin qocalmasına səbəb olur.

Sherg.az xəbər verir ki, araşdırma göstərib ki, isti dalğalara təkrar-təkrar məruz qalmaq, bədənin bioloji saatını sürətləndirir və xroniki sağlamlıq problemləri riskini artırır.

“Nature Climate Change” jurnalında dərc olunan araşdırmada 15 il ərzində 24 min 922 yetkinin sağlamlıq göstəriciləri araşdırılıb. Alimlər isti dalğalara məruz qalma müddəti ilə bioloji yaşın artması arasında aydın əlaqə aşkar ediblər.

Hər nə qədər dərhal hiss edilməsə də, bu yüksək temperaturla bağlı daxili zədələnmə və aşınma, müntəzəm siqaret çəkən və ya spirtli içki qəbul edən şəxslərdə müşahidə olunan zərərlərə bənzəyir. Nəticələr göstərir ki, xüsusilə uzun müddət davam etdikdə isti dalğalar, siqaret və spirt kimi qocalmanı sürətləndirir.

Bu təsiri ölçmək üçün alimlər 2008- 2022-ci illər arasında toplanmış sağlamlıq qeydlərini təhlil ediblər. Tayvan bu müddətdə təxminən 30 isti dalğası yaşayıb. Araşdırmada isti dalğa bir neçə gün ardıcıl davam edən anormal yüksək temperatur dövrləri kimi müəyyən edilib.

İştirakçılar qaraciyər, böyrək və ağciyər funksiyaları ilə yanaşı, qan təzyiqi və iltihab göstəricilərini yoxlayan müxtəlif tibbi testlərdən keçiblər. Alimlər bu məlumatları hər bir şəxsin xronoloji yaşla müqayisədə orqanizmin fəaliyyətini əks etdirən bioloji yaşını hesablamaq üçün istifadə ediblər.

Komanda yaşayış məlumatlarını istifadə edərək hər iştirakçının sağlamlıq müayinəsindən əvvəlki iki ildə məruz qaldığı ehtimal olunan istiliyi hesablayıb. Hər əlavə 1,3 dərəcə Selsi istilik artımı bir şəxsin bioloji yaşına təxminən 0,023- 0,031 il əlavə edib.

“Greek Reporter”-in məlumatına görə, bu rəqəmlər ayrıca baxıldıqda kiçik görünə bilər, lakin Honq Konq Universitetinin ətraf mühit epidemioloqu, araşdırmanın baş müəllifi Cui Guo, bu təsirlərin bütün əhali miqyasında və zamanla əhəmiyyətli ola biləcəyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri