Yanğında vəfat edən Könülün qızının vəziyyəti ağırdır
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.
Axşam.az xəbər verir ki, bu haqda mərhum Könülün anası video paylaşım edib. O bildirib ki, nəvəsi 5 aydır sağalmır və Türkiyəyə müalicəyə göndərilib:
"Qızım Könül və nəvəm Ləman yanan binada yaşayırdılar. Könül rəhmətə getdi, Ləman isə tüstüdən ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirildi. 4 ay həkimlər əlindən gələni etdi. Amma nəvəm sağalmadı. Nəvəmi İstanbula müalicəyə apardıq. İki dəfə əməliyyat olundu, amma yenə də pisdir. Qidalanmır, yemək vermirlər, olmaz. Mənim üçün çox ağırdır. İstəmirik Ləmana da nəsə olsun".
K.Vəlibəylinin anası Ölkə başçısı və Birinci xanıma müraciət edərək, yardım istəyib.
Qeyd edək ki, ötən il Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:217
Bu xəbər 09 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















