Yanğında xəsarət alan Ləmanla bağlı açıqlama: “Həkimlər məlumat verə bilmir...”
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yasamaldakı güclü yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Hümbətovanın vəziyyəti ağır olaraq qalır.
Bu barədə “Yeni Sabah”a jurnalist Fuad Cəfərov məlumat verib. Bildirib ki, onun süni nəfəs aparatından ayrılma vaxtı hələlik məlum deyil:
“Ləman komada deyil, sadəcə bədənin sakitləşməsi üçün yatızdırılır. Beyinlə bağlı müalicələr isə hələ başlamayıb, çünki bu prosedurlar süni nəfəs aparatından ayrıldıqdan sonra həyata keçiriləcək. Hazırda vəziyyəti ağır-stabil olaraq qalır”.
Yeni Klinikadan isə bildirilib ki, həkimlər hələ ki, geniş bir məlumat verə bilmir. Çünki onun vəziyyəti ağır stabil olaraq qalır.
Qeyd edək ki, Yasamal rayonunda baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə nəticəsində Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli də həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 27 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















