Yanğınla mübarizəyə 10 avtonəqliyyat vasitəsi və 60 nəfər canlı qüvvə cəlb olunub
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncədəki zavodda baş verən yanğının qarşısını almaq üçün 10 avtonəqliyyat vasitəsi və 60 nəfər canlı qüvvə cəlb olunub.
BAKU.WS xəbər verir ki, bunu "Report"a Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini Cavidan Avşarov açıqlayıb.
"04:38 radələrində qaynar xəttə yanğınla bağlı məlumat daxil olub və hadisə yerinə ümumilikdə 10 avtonəqliyyat və 60 nəfər canlı qüvvə cəlb olunub", - o bildirib və əlavə edib ki, yanğın 1500 kv.m ərazini bürüyüb:
"Şəxsi heyət tərəfindən yanğın operativ şəkildə söndürülüb. Xəsarət alan olmayıb. Ümumilikdə tum (günəbaxan tumu – red.) fabrikinin 500 kv.m anbar hissəsi yanğından mühafizə edilib".
Qeyd edək ki, Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və alovun qarşısı alınıb. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 05 May 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















