Icma.az
close
up
RU
Yango Ride sürücülərə sertifikatlar əldə etməkdə dəstək olacaq

Yango Ride sürücülərə sertifikatlar əldə etməkdə dəstək olacaq

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Qlobal texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan, onlayn taksi sifarişi servisi "Yango Ride" sürücülər üçün sertifikatların əldə edilməsi üzrə dəstək proqramının icrasına başlandığını elan edir. Proqram sayəsində sürücülər təlimdə iştirak edə, şəhadətnamə imtahanını verə və tətbiq vasitəsilə işləmək üçün təsdiqləyici sənədi ödənişsiz əldə edə biləcəklər. Təşəbbüs servisin Azərbaycanda nəqliyyat sahəsinin və xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması strategiyası çərçivəsində yaradılıb.

Birinci mərhələdə Bakıda "Yango Ride" servisinin 1 200 nəfərdən çox sürücü tərəfdaşı etik davranış qaydalarını və avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktları əhatə edən xüsusi hazırlıq proqramını pulsuz mənimsəyə bilərlər. Proqram çərçivəsində onlar? həmçinin servisin dəstəyi ilə ixtisaslarını təsdiqləmək üçün imtahan verə biləcəklər. "Yango Ride" proqramı genişləndirməyi və tətbiqdən istifadə etmək istəyən sürücülərə müntəzəm olaraq təlimlərdə iştirak etmək və dövlət imtahanı vermək imkanı yaratmağı planlaşdırır.

"Yango Ride" servisinin əsas məqsədi Azərbaycanda əlçatan, təhlükəsiz və texnoloji nəqliyyat mühitini inkişaf etdirməkdir. Bu, servisin keyfiyyəti üzərində fasiləsiz iş, səhvlərin nəzərə alınması və aradan qaldırılması, yeni həllərin axtarışı deməkdir. Təşəbbüsümüz daha çox sürücünün təlim proqramlarından yararlanmasına və öz ixtisaslarını təsdiqləməsinə imkan verəcək. Biz, həmçinin sertifikatı olan tərəfdaş sürücülər üçün yenilənmiş bonus sistemini tətbiq etmək qərarına gəlmişik ki, burada xidmət keyfiyyəti ön plana çıxır", - "Yango Azerbaijan"ın rəhbəri Müşviq Həsənov bildirib.

"Yango Ride" Azərbaycanda sertifikata malik olduğunu tətbiqdə təsdiqləmiş tərəfdaş sürücülər üçün xüsusi bonus proqramı tətbiq edir. İndi sertifikatı olan yeni sürücülər 250 AZN "xoş gəldin bonusu", servisin mövcud tərəfdaşları isə həftəlik şəxsi hədəfləri yerinə yetirməklə 155 AZN-dək bonus əldə edə bilərlər.

Proqram üzrə sertifikat almaq üçün müraciət, təlim prosesi və imtahan vermə haqqında ətraflı məlumatı servisin tərəfdaş parklarından əldə etmək olar.

"Yango Azərbaycan" haqqında

"Yango Ride" taksi sifarişi və "Yango Delivery" çatdırılma tətbiqləri 2022-ci ildə ölkə bazarına daxil olub. 2024-cü ildə "Yango" supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması, məhsulların çatdırılması üzrə "Market" və restoranlardan hazır yeməklərin sifarişi üzrə "Yemək" xidmətləri əlavə olunub.

Əlavə məlumat üçün əlaqə vasitəsi:

[email protected]

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri