Yankoviç Napoli ilə matçda Bikalyo, yoxsa başqa futbolçu ilə mübahisə edib?
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Napoli” ilə qarşılaşan “Qarabağ” səfərdə rəqibinə 0:2 uduzub.
Bu matçda diqqətçəkən məqamlardan biri “Qarabağ”ın futbolçularının “Napoli”nin futbolçusu Rasmus Hoylundun penalti zərbəsini yerinə yetirməmişdən öncə qeydə alınıb.
Belə ki, Marko Yankoviç “Qarabağ”dakı komanda yoldaşlarından biri ilə mübahisə edib. Yankoviçin Pedro Bikalyo ilə arasında anaşılmazlıq olduğu tirajlanıb.
Lakin bəzi detallara diqqət etsək, monteneqrolunun Bikalyo ilə deyil, Mateus Silva ilə mübahisə etdiyini görmək olar.
Əslində, qeydə alınan videoda bu, tam yaxşı görünməsə də ən azından Mateus Silva və Pedro Bikalyonun həm fiziki quruluşundan, həm də həmin oyuna hansı rəngli butsla çıxmasından bunu sezmək mümkündür. Hər halda, "Qarabağ"ın digər futbolçularının sayəsində məsələ böyüməyib və ara sakitləşib.
Sportal.az
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















