Icma.az
close
up
RU
Yankoviçlə Bikalyo meydanda dalaşdı, Maradonanın ruhu şad oldu

Yankoviçlə Bikalyo meydanda dalaşdı, Maradonanın ruhu şad oldu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Antonio Konte oyunöncəsi mətbuat konfransında “Napoli”nin əfsanəsi Maradonanın vəfatının 5-ci ildönümü olduğunu xatırlatmaqla əslində bu matç ətrafındakı psixoloji ab-havanı müəyyənləşdirmişdi.

“Qarabağ” camiəsi – baş məşqçisi, azarkeşi, futbolçusu isə bu gərginliyə tab gətirməliydi. Amma gətirdimi?
54725 yerlik stadiona 32019 azarkeşin gəlməsi, onlardan da ən azı mininin azərbaycanlı olması müəyyən mənada “Qarabağ” üçün üstünlük idi. Hər halda, dolu və yarımçıq dolu tribunalar qarşısında oynamağın fərqi var. Azərbaycanlı azarkeşlər yetərincə fəal idi, 44-cü dəqiqədə “Şəhidlər ölməz, vətən bölünməz” şüarını qışqırdılar, bəzi anlarda “Qarabağ” və “Koxalski” sədaları da eşidilirdi. Amma Avropanın mərkəzində “Qarabağ” adına 2480 azarkeş tapa bilmiriksə, buna yalnız təəssüflənmək lazımdı.
Neapol üçün daimi yağışlar xarakterik haldı. Biz komandalara avantaj və dezavantaj qazandıran məqamlardan danışırıqsa, bunu da unutmamalıyıq. Məncə, xüsusən 2-ci hissənin ab-havasını müəyyənləşdirən hadisələrdən biri də Medianın qəfil zədəsi idi. Onsuz da güclü rəqiblə mübarizə aparmaqda çətinlik çəkən “Qarabağ”ın oyunçularını bu hadisə daha da gərginləşdirdi, sanki onlar özünü köməksiz hiss etməyə başladı.
Penalti epizoduna görə günahı Pedro Bikalyoda görən Marko Yankoviçin elə meydandaca onunla hesablaşmağa çalışması, final fitindən sonra isə Mateus Silvaya iradlar bildirməsi heç də xoş görüntü deyildi. Elə Skott Maktomineyin oyundan sonra onunla görüşmək istəyən Koxalskinin əlini göydə qoyması, üzünü çevirib getməsi də oyunun ümumi ab-havasına yaraşmadı. Axı Neapolla Bakı 1972-ci ildən bəri qardaşlaşmış şəhərdi. Oyunöncəsi tədbirlər zamanı da bu qardaşlığın qoxusu duyulurdu.
Oyundan əvvəl klub təmsilçiləri üçün təşkil olunan rəsmi naharda “Napoli”nin vitse-prezidentu Edoardo De Laurentis “Qarabağ”ın ünvanına tərif yağdırdı. “Qarabağ”ın prezidenti Tahir Gözəllə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüş səmimi atmosferdə keçdi.
Yeri gəlmişkən, oyunu izləyənlər arasında xarici işlər naziri Ceyhun Bayramov da var idi. İtaliyada rəsmi səfərdə olan nazir stadiona baş çəkməyi də özünə borc bilmişdi. O, hətta oyundan sonra Tahir bəylə birlikdə paltardəyişmə otağına baş çəkdi, uduzan futbolçulara ürək-dirək verdi. Bir sözlə, çərçənbə axşamı Azərbaycan, “Qarabağ” adına hər şey yaxşı idi. Bircə o məğlubiyyət olmasaydı...
ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri