Icma.az
close
up
RU
“Yanmış kilsə” Trampın mövqeyini necə dəyişdi?

“Yanmış kilsə” Trampın mövqeyini necə dəyişdi?

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxud Makronun G7 sammitindən faydalanmaq cəhdləri...

Keçən sayımızda G7 sammitində alınan qərarlar barədə məlumat vermişdik. Amma bir nüans çoxları üçün müəmma olaraq qaldı: Tramp Ukraynaya münasibətdə nədən qəfildən mövqeyini dəyişdi?

Fransanın Evian-le-Ben şəhərində keçirilən “Böyük yeddilər”in görüşü göstərdi ki, beynəlxalq siyasətdə bəzən düzgün seçilmiş ifadə, məqamına düşən jest, hətta bir fotoşəkil ssenarisi əvvəlcədən yazılmış müzakirələri daha təsirli edə bilər. Əvvəlki yazımızda sammitin sonunda Ukraynaya dəstəyin gücləndirilməsini nəzərdə tutan birgə bəyanatın qəbul edildiyini yazmışdıq. Amma bu qərarın arxasında Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın mövqeyinə təsir göstərmək üçün həyata keçirdikləri mürəkkəb diplomatik taktika dayanırdı.

Gözləntilər niyə baş vermədi?

Sammitdən əvvəl bir çox müşahidəçilər ABŞ prezidentinin Ukrayna məsələsində əvvəlki skeptik yanaşmasını davam etdirəcəyini düşünürdülər. Hətta bəzi dairələrdə əsas məqsədin Trampın görüşü vaxtından əvvəl tərk etməsinin qarşısını almaq olduğu barədə fikirlər səslənirdi. Belə bir şəraitdə yekun sənəddə Ukraynaya dəstəyin açıq şəkildə vurğulanması Avropa diplomatiyası üçün uğur hesab olunur. Bu nəticəyə gedən yolda emosional faktorların da rol oynadığı görünür. Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdəki tarixi Dormition kilsəsinin dağıdılmış və yanmış vəziyyətini əks etdirən fotoları Trampa təqdim etdi.

Rusiya hücumları nəticəsində zərər görmüş, əsrlərin mirası sayılan dini və mədəni abidənin görüntüləri müharibənin humanitar və mədəni ölçülərini nümayiş etdirirdi. Yəni, bununla statistika və hərbi hesabatlardan fərqli olaraq münaqişənin insanlara və tarixi irsə vurduğu zərəri birbaşa göstərildi. Nəzərə alaq ki, din, xüsusilə prezidentlər üçün, bir çox Avropa ölkələri ilə müqayisədə daha böyük siyasi və mədəni əhəmiyyət daşıyır. Buna görə də Ağ Ev sahibinin dini məkanların dağıdılması və ya dini simvollarla bağlı hadisələrə emosional reaksiya verməsi qeyri-adi deyil. Donald Tramp dərin dini fiqur kimi tanınmasa da, siyasi karyerası boyunca ABŞ-dakı evangelist xristianlar, konservativ katoliklər və digər dini qruplarla sıx əlaqələr qurub. Onun siyasi bazasının əhəmiyyətli hissəsini məhz dini-mühafizəkar seçicilər təşkil edir. Bu səbəbdən tarixi kilsələrin, monastırların və dini abidələrin məhv edilməsi kimi mövzular həm humanitar, həm də siyasi baxımdan diqqət çəkir.

QEYD: Sammitin nəticəsini, sadəcə, bir emosional məqamla izah etmək düzgün olmazdı. Əslində, proses daha geniş diplomatik hazırlığın məhsulu idi. Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir Trampın siyasi davranış modelini, qərarvermə üsulunu və prioritetlərini diqqətlə təhlil edir. Makron və Avropanın digər liderləri Ukrayna məsələsini Trampın dünyaya baxış prizmasına uyğun təqdim etməyə çalışdılar. ABŞ prezidentinin beynəlxalq münasibətlərə daha çox güc balansı və qalib-məğlub məntiqi ilə yanaşdığı nəzərə alınaraq müzakirələrdə Ukraynanın müqavimət qabiliyyəti, Rusiyanın isə strateji çətinliklərlə üzləşdiyi vurğulandı. Məqsəd Ukraynanı mübarizəni davam etdirən və nəticə əldə edən tərəf kimi təqdim etmək idi.

Eyni zamanda, Avropa liderləri Trampın öz uğurlarına verdiyi önəmi də nəzərə aldılar. Sammit zamanı onun İranla bağlı siyasətinin müsbət qiymətləndirilməsi, görüşlərin təşkilinə xüsusi diqqət göstərilməsi və diplomatik protokolun onun gözləntilərinə uyğun qurulması təsadüfi deyildi. Sözügedən yanaşma bəzi müşahidəçilər tərəfindən siyasi kompliment kimi qiymətləndirilsə də, Avropa diplomatiyasının məqsədi ABŞ-ın Ukrayna məsələsində daha konstruktiv mövqe tutmasını təmin etmək idi.

Makronun xarici siyasətdə uğuru

Maraqlıdır ki, Makron prosesi prinsipial mövqelərlə müşayiət olunan dialoq kimi təqdim edir. Fransa prezidenti dəfələrlə bildirib ki, Ukraynanın ərazi bütövlüyü, Avropanın təhlükəsizliyi və beynəlxalq hüquq məsələlərində mövqeyi dəyişməz olaraq qalır. Onun fikrincə, məhz prinsipiallıq və eyni zamanda, dialoqa açıq olmaq müəyyən nəticələrin əldə edilməsinə imkan verib. Bununla belə, əldə olunan uğurun nə qədər davamlı olacağı hələ də müəmmalıdır. ABŞ siyasətində qərarların sürətlə dəyişə bildiyi, Trampın isə tez-tez gözlənilməz mövqelər sərgilədiyi nəzərə alınarsa, G7 sammitində formalaşan konsensusun gələcəkdə də qorunub saxlanılacağına heç kim zəmanət verə bilməz.

Yeri gəlmişkən, sammitin nəticələri Emmanuel Makronun şəxsi siyasi nüfuzu baxımından da diqqət çəkir. Son illər Fransa prezidentinin ictimai reytinqi, populyarlıq göstəriciləri aşağı səviyyəyə yuvarlanıb, hökumət isə həm parlamentdə, həm də cəmiyyətdə ciddi siyasi müqavimətlə üzləşib. Bir sıra sorğular Makronun ölkə daxilində dəstəyinin zəiflədiyini və 2027-ci il prezident seçkiləri ərəfəsində mərkəzçi siyasi düşərgənin öz mövqelərini qorumaqda çətinlik çəkdiyini göstərir.

Məhz buna görə Makron son prezidentlik dövründə daxili siyasətdə əldə edə bilmədiyi siyasi kapitalı xarici siyasətdə fəallığı ilə kompensasiya etməyə çalışır. Fransa Konstitusiyasına görə o, yenidən prezident seçilə bilməsə də, 2027-ci il seçkilərinə qədər həm öz siyasi irsini qorumaq, həm də mərkəzçi düşərgənin namizədləri üçün əlverişli siyasi fon yaratmaq istəyir. Bu baxımdan G7 sammiti və Ukrayna məsələsində əldə edilən diplomatik nəticələr Makronun beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onun siyasi xəttinin hələ də effektiv olduğunu nümayiş etdirmək məqsədi daşıya bilər.

Diqqətçəkən məqamlardan biri də odur ki, son aylarda Makronun beynəlxalq böhranlarda daha fəal rol oynamağa çalışdığı müşahidə olunur. Fransa mətbuatında və siyasi dairələrdə bu kurs “diplomatik irs strategiyası” kimi xarakterizə edilir. Məqsəd isə Ukrayna və ya Yaxın Şərq məsələlərində vasitəçilik etməklə prezidentlik müddətinin son mərhələsində Makronu Avropanın aparıcı dövlət xadimlərindən biri kimi adını tarixə yazdırmaqdır.

Görünür, Fransa lideri hesab edir ki, daxildə zəifləyən siyasi nüfuzunun fonunda xarici siyasətdə uğur qazanmaq onun üçün həm nüfuzun bərpası, həm də qlobal miqyasda daha çox rəğbət qazanmaq vasitəsinə çevrilə bilər.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri