Yannik Sinner yenidən dünyanın bir nömrəli tennisçisi olacaq
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Dördqat “Böyük Dəbilqə” çempionu, italiyalı tennisçi Yannik Sinner bu gün rəsmi olaraq yenidən dünyanın birinci raketkası olacaq.
İdman.Biz xəbər verir ki, Parisdə keçirilən “Masters” turnirində qazandığı qələbədən sonra o, reytinqdə altıqat “Böyük Dəbilqə” qalibi ispaniyalı Karlos Alkarası geridə qoyub.
Turnirin finalında Sinner reytinqin 10-cusu, kanadalı Feliks Oje-Alyassimi 6:4, 7:6 (7:4) hesabı ilə məğlub edib. Bu, Sinnerin karyerasında 23-cü, cari mövsümdə isə 5-ci tituludur.
O, bu il həmçinin Vyana, Pekin, Uimbldon və "Australian Open" turnirlərində də çempion olub.
Qeyd edək ki, Sinner "US Open"də titulunu qoruyub saxlaya bilmədiyi üçün reytinqdə ikinci yerə enmişdi.
Bu mövzuda digər xəbərlər:Yannik Sinner Madriddə çempion olub
04 May 2026 00:41
Yannik Sinner xəstəxanaya düşüb mənbə
08 İyun 2026 21:24
Romada Yannik Sinner Karlos Alkaras finalı
17 May 2025 00:46
Yannik Sinner nişan xəbərlərini təkzib etdi
19 Noyabr 2025 20:23
Karlos Alkaras , US Open finalında Jannik Sinner i yenərək dünyanın bir nömrəli tennisçisi oldu
08 Sentyabr 2025 12:06
Baxış sayı:113
Bu xəbər 03 Noyabr 2025 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















