Icma.az
close
up
RU
Yanukoviç Putinin tapşırığı ilə danışıb” “Kreml topu onların meydanına atır...”

Yanukoviç Putinin tapşırığı ilə danışıb” “Kreml topu onların meydanına atır...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ukraynanın qaçaq keçmiş prezidenti Viktor Yanukoviç uzun fasilədən sonra yaydığı videomüraciətdə ölkəsinin NATO-ya üzvlüyünü təhlükə, Avropa İttifaqına inteqrasiyanı isə normal addım kimi qiymətləndirib. Ukrayna mediası yazır ki, Yanukoviçin bu çıxışı Moskvanın siyasi sifarişidir.

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Yanukoviçin bəyanatı Kreml rəhbəri Vladimir Putinin təlimatı ilə hazırlanıb:

“Yanukoviç prezident olduğu dövrdə Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini, lakin NATO-ya inteqrasiyanın fəlakət olacağını deyirdi. Maraqlıdır ki, eyni fikirləri Putin də Çində Slovakiya Baş naziri ilə görüşdə təkrar edib. Bu, təsadüfi deyil”, – deyə politoloq bildirib.

Elxan Şahinoğlu vurğulayıb ki, Putin bu yolla Qərbə mesaj verməyə çalışır: “Putin Yanukoviçin dili ilə bildirir ki, Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı deyil. Ancaq NATO məsələsi Kreml üçün qırmızı xətdir. Halbuki, Ukraynada ikinci Maydan inqilabı məhz Putinin Yanukoviçə təzyiq göstərərək Avropa İttifaqı ilə assosiativ sazişdən imtina etdirməsi ilə başlamışdı”.

Politoloqun sözlərinə görə, bu gün Putin illər əvvəl atdığı yanlış addımı yumşaltmağa çalışır: “İndi isə yeni açıqlaması ilə göstərməyə çalışır ki, Ukraynanın Avropa Birliyinə üzvlüyünə güzəştə hazırdır. Amma əslində Putin yaxşı bilir ki, Avropa İttifaqı Ukraynaya siyasi, iqtisadi və müəyyən hərbi dəstək versə də, yaxın perspektivdə bu ölkəni təşkilata qəbul etməyə hazır deyil. Yəni, Kreml topu onların meydanına atır”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Sentyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri