Icma.az
close
up
RU
Yanvarda əfv olacaqmı? Hüquq müdafiəçiləri siyahı hazırlayır

Yanvarda əfv olacaqmı? Hüquq müdafiəçiləri siyahı hazırlayır

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusi ilə də bayramlar ərəfəsində imzalanır. Bunun üçün isə bir neçə ay əvvəldən hazırlıqlar başlanılır. Əfvlə bağlı müraciət edən məhbuslardan, onların yaxınlarından ərizələr yığılır, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir, müraciətlərə baxılır, siyahı tərtib olunur və dövlət başçısına təqdim edilir.

Qarşıdan isə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Bu bayramlar münasibətilə əfv sərəncamı imzalana bilərmi?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Əfv Komissiyasının üzvü Rəşad Məcid bildirib ki, əfv sərəncamı adətən mart yaxud may aylarında imzalanır: Marqarita pizza

“Əfv sərəncamının nə zaman imzalnması Azərbaycan Prezidentinin müstəsna səlahiyyətində olan məsələdir. Adətən il ərzində əfv üçün fərdi müraciətlər olur. Buna Prezident Adminstrasiyasının Əfv Məsələləri sektorunda baxılır və qaydalara uyğun olub-olmadığı araşdırılır. Sonra isə Əfv Məsələləri Komissiyasının müzakirəsinə çıxarılır”.

Onun sözlərinə görə, komissiyanın işləri adətən yanvar ayından başlayır: “Müraciətlərə baxıldıqdan sonra, sənədlər cənab Prezidentə təqdim olunur. Adətən mart, bəzən isə may ayında əfv sərəncamı imzalanır. Güman ki, gələn il də bu cür prosedur olacaq”.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib ki, yanvar ayında əfv sərəncamı imzalana bilər:

“Biz də çox istəyərik ki, əfv sərəncamı imzalansın. Mən də eşitmişəm ki, yanvarda əfv olacaq. Bu il “Konstitusiya və Suverenlik ili”dir. Hesab edirəm ki, növbəti əfvə çox insanın adı düşəcək, daha çox insan ailəsinə qovuşacaq. Onların içərisində həbsdə olan ictimai-siyasi fəallar, jurnalistlər də ola bilər”.

N.Cəfəroğlunun sözlərinə görə, hüquq müdafiəçiləri, o cümlədən rəhbərlik etdiyi təşkilat əfvə düşəcək məhbusların siyahısını hazırlayıb Prezident Adminstrasiyasının Əfv Məsələləri sektoruna və kimissiyaya göndərir:

“Biz hər il əfv sərəncamından öncə tərtib etdiyimiz siyahıları komissiyaya göndəririk. Bu siyahıda vaxtilə ömürlük həbs cəzası alan OMON-çular və “Qaranquş” bataliyonun keçmiş üzvləri də var. Biz istəyirik bu məhbuslar da azadlığa buraxılsın”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri