Yanvarda Ermənistana 2,4 milyon dollarlıq benzin və dizel satılıb Rəsmi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar ayında Azərbaycandan Ermənistana 2 milyon 403,6 min dollar dəyərində benzin və dizel ixrac olunub.
Yeniavaz.com xəbər verir ki, yanvar ayında Azərbaycandan Ermənistana 979,46 ton “Aİ-92”, 1 743,22 ton “Aİ-95” markalı benzin və 956,03 ton dizel yanacağı satılıb.
Məlumat üçün bildirək ki, Ermənistana satılan “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 88 qəpik (52 sent), “Aİ-95” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 87 qəpik (51 sent), dizelin 1 litrinin orta gömrük dəyəri isə 85 qəpik (50 sent) olub.
Onu da qeyd edək ki, Azərbaycan Ermənistana ötən ilin dekabr ayından etibarən benzin ixrac edir. Dekabr ayında Ermənistana 788,8 min dollar dəyərində 1 210,28 ton “Aİ-95” markalı benzin (1 litrinin orta gömrük dəyəri isə 85 qəpik) ixrac edilib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Ermənistana benzin və dizel göndərildi
26 İyun 2026 11:07
Azərbaycan sentyabrda Ermənistana 5,8 milyon dollarlıq dizel satıb
18 Noyabr 2026 16:38
Yanvarda 60 milyon dollarlıq meyvə tərəvəz ixrac edilib
21 Fevral 2025 16:54
Ermənistana 25 milyon dollarlıq kredit verildi
10 İyun 2026 09:38
Yanvarda Azərbaycanla İran 57 milyon dollarlıq ticarət əməliyyatı aparıblar
23 Fevral 2026 15:34
Baxış sayı:137
Bu xəbər 17 Mart 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















