Icma.az
close
up
RU
Yanvarda xarici ticarət dövriyyəsi 4,1 milyard dollar olub

Yanvarda xarici ticarət dövriyyəsi 4,1 milyard dollar olub

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 126 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 2 milyard 073,6 milyon dollarını və ya 50,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 052,4 milyon dollarını (49,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 21,2 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,3 faiz, real ifadədə 9,3 faiz artıb. İdxal real ifadədə 50,1 faiz artıb, ixrac isə 12,5 faiz azalıb.
Yanvar ayında qeyri-neft-qaz məhsullarının ixracı 245,8 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 10,7 faiz artıb, real ifadədə isə 10,4 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 28,1 faizi İtaliya, 9,5 faizi Türkiyə, 8,1 faizi Rusiya, 7,5 faizi Çin, 5,6 faizi Almaniya, 4,5 faizi Avstraliya, 4,1 faizi Çexiya, 3,8 faizi Birləşmiş Krallıq, 3,7 faizi Xorvatiya, 3,5 faizi Meksika, 2,3 faizi Rumıniya, 2,2 faizi Portuqaliya, 2,1 faizi Yunanıstan, 1,4 faizi Gürcüstan, 1,3 faizi Bolqarıstan, hər biri 1,1 faiz olmaqla ABŞ və İran, 0,9 faizi Ukrayna, 0,8 faizi Braziliya, 0,7 faizi Belarus, 7,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 45,9 faizini İtaliyaya, 10,1 faizini Türkiyəyə, 7,5 faizini Almaniyaya, 6,7 faizini Çexiyaya, 6,2 faizini Xorvatiyaya, 3,6 faizini Portuqaliyaya, 3,5 faizini Rumıniyaya, 3,2 faizini Yunanıstana, 2,7 faizini Rusiyaya, 2,4 faizini Birləşmiş Krallığa, 2,1 faizini Gürcüstana, 2 faizini Bolqarıstana, hər biri 0,7 faiz olmaqla Ukrayna və İsveçrəyə, 0,5 faizini Serbiyaya, 0,4 faizini İrlandiyaya, 0,3 faizini İsrailə, hər biri 0,2 faiz olmaqla Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Belarusa, 0,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33 faiz), Türkiyəyə (15,1 faiz), Gürcüstana (10,8 faiz), İsveçrəyə (9 faiz), Ukraynaya (8,9 faiz), İsrailə (3,3 faiz), Qazaxıstana (2,2 faiz), ABŞ-a (2,2 faiz), Almaniyaya (2,1 faiz), Belarusa (1,9 faiz), İtaliyaya (1,8 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Çin, 16,1 faizi Rusiya, 11 faizi Avstraliya, 8,8 faizi Meksika, 8,5 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Krallıq, hər biri 2,7 faiz olmaqla İran və Almaniya, 2,6 faizi ABŞ, 2 faizi Braziliya, 1,9 faizi İtaliya,1,4 faizi Belarus, hər biri 1,2 faiz olmaqla Yaponiya və Koreya, hər biri 1,1 faiz olmaqla Türkmənistan, Polşa, Hindistan və Ukrayna, 0,9 faizi Qazaxıstan, 0,7 faizi Fransa, 9,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,6 faiz, təzə tərəvəz – 4,9 faiz, şəkər – 51,6 faiz, meyvə və tərəvəz konservləri – 21,7 faiz, çay – 49,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2 dəfə, mineral gübrələr – 15,4 faiz, sement klinkerləri – 6,3 faiz, qara metallardan borular – 3,1 dəfə, qara metallardan çubuqlar – 2,4 dəfə, pambıq ipliyi – 16,4 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 40,1 faiz, bitki yağları – 4,2 faiz, tütün – 62,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 19,9 faiz, kartof – 60,5 faiz, polipropilen – 4,6 faiz, pambıq lifi – 9,6 faiz, elektrik enerjisi – 71,5 faiz, polietilen – 22,5 faiz, emal olunmamış alüminium – 19,1 faiz, bentonit gili – 3,6 faiz azalıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni dövründə buğda idxalı 23,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 2,5 dəfə, xam şəkər – 99,6 faiz, çay – 40,9 faiz, mal əti – 33,1 faiz, minik avtomobilləri – 22,4 faiz, polad prokatı – 27,2 faiz, hesablama maşınları, blok və qurğuları – 53,9 faiz, qara metallardan çubuqlar – 2,6 dəfə, rezin şinlər – 61,2 faiz, yük avtomobilləri – 30,3 faiz, avtobuslar – 3,6 dəfə, paltaryuyan maşınlar – 9,7 faiz, polipropilen – 50,7 faiz, sement – 35,8 faiz artıb, təzə meyvə idxalı isə 6,8 faiz, şokolad və şokolad məhsulları – 4,1 faiz, bitki yağları – 63,3 faiz, unlu qənnadı məmulatları – 23,2 faiz, kartof – 8,1 faiz, quş əti və onun əlavə məhsulları – 21,4 faiz, təzə tərəvəz – 9,7 faiz, dərman vasitələri – 30,4 faiz, qara metallardan borular – 18,6 faiz, mebellər – 47,3 faiz, sintetik yuyucu vasitələr – 32,4 faiz, polietilen – 20,1 faiz, mineral gübrələr – 0,4 faiz, qara metallardan künclüklər – 15,4 faiz, məişət kondisionerləri – 22,4 faiz, məişət soyuducuları – 3,9 faiz azalıb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri