Icma.az
close
up
RU
Yanvarın 1 dən icbari tibbi sığorta: Suallar çox, cavab yox...

Yanvarın 1 dən icbari tibbi sığorta: Suallar çox, cavab yox...

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər ciddi müzakirələrə səbəb olub.

Belə ki, yeni mexanizmə görə, gələn ildən qeyri-formal (işləyən, lakin rəsmi qeydiyyatda olmayan) məşğul şəxslər aylıq icbari tibbi sığorta haqqı ödəməli olacaqlar.

"Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişikliyə görə, uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən İTS xidmətlərindən istifadəyə görə hər ay minimum əməkhaqqının 4 faizi həcmində - 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər. 

Qanun layihəsində həmçinin qeyd edilir ki, ödəmənin gecikdirilməsi halında əlavə 10 % sığorta haqqı tətbiq olunacaq.Qeyd edək ki, bu vaxta qədər həmin şəxslər tibbi sığorta xidmətlərindən dövlət vəsaiti hesabına yararlanırdılar. Bundan başqa, evdar və şəxsi gəliri olmayan qadınların sığortası yenə də dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu kateqoriyaya aid şəxslərin sığorta məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək.

2026-cı ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə xərclərinin 2 milyard 621,5 milyon manat olması proqnozlaşdırılır. Rəsmi göstəricilərə əsasən, hazırda ölkədə məşğul əhalinin sayı 5 milyon 102,6 min nəfərdir. Onların 1 milyon 781,4 min nəfəri muzdlu işçi, 1 milyon 435,4 min nəfəri isə fərdi sahibkar kimi qeydiyyata alınıb. Qeyri-formal məşğul əhali isə 1 milyon 886,8 min nəfərə çatır.

Yeni qaydalar tətbiq olunacağı təqdirdə, bu kateqoriyaya aid şəxslər ayda 16 manat ödədikdə, il ərzində təxminən 362,3 milyon manat əlavə vəsaitin toplanacağı gözlənilir. Bugünlərdə TƏBİB-in rəhbəri Vüqar Qurbanov bildirib ki, çox sayda da ehtiyac olmayan şəkildə vətəndaşlar tərəfindən xəstəxanalara müraciətlər edilir:

“Bu da tibbi xidmətə ehtiyacı olan vətəndaşlarımızın növbə gözləməsinə səbəb olur. Elə vətəndaşlar var ki, üç gündən bir tibb müəssisələrinə hər hansı tibbi xidmətlə bağlı müraciət edirlər. Bir gün nevropatoloqa, iki gündən sonra kardioloqa müraciət edir.

Nəticələr də onu göstərir ki, bu adamların çoxu praktiki olaraq sağlamdır. Başa düşürük ki, kimsə sağlamlığından narahatdır və bunun hansı xəstəlikdən olduğunu aydınlaşdırmaq istəyir. Ancaq belə müraciətlərin çox olması ehtiyacı olan vətəndaşlarımızın daha çox növbə gözləməsinə gətirib çıxarır. 

Vətəndaşlardan xahişimiz odur ki, müraciətlərini ehtiyaclarına görə etsinlər. Filan xəstəxananın yanından keçirəm, burada bir analiz verim yanaşmasını yığışdırmaq lazımdır”.Qeyd edək ki, “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər ümumilikdə özü ilə bərabər bir sıra suallar da ortaya çıxarıb.

Onlardan biri, vətəndaşın qeyri-formal işlədiyinin necə müəyyən edilməsi ilə bağlıdır. Əsasən bunu onunla əlaqələndirirlər ki, əgər vətəndaşın müvafiq bank kartına müəyyən məbləğ daxil olarsa, bu zaman müəyyən olunacaq ki, o, gəlir əldə edir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov da bildirib ki, “Tibbi sığorta haqqında” Qanuna 15-2.2.3-1-ci maddə əlavə edilib:

““Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər;”. 15-2.2.4-cü maddə isə bundan sonra belə redaksiyada olacaq: “bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir”.

Sadə dildə bu o deməkdir ki, sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir: 1) işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni; 2) sahibkar üçün özü; 3) qeyri-formal məşğul şəxs üçün özü; 4) qalanları üçün dövlət.

Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır. Lakin işsiz və qeyri-formal məşğul şəxs – tam fərqli şeylərdir. İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə “Məşğulluq haqqında” Qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni qanunu pozan şəxsdir. Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: “Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. 

Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin. Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur! 

Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? 

Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir”.

Ekspertin fikrincə, şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur: 

“Məsələn, evdar qadın əlbəttə ki, məşğuldur, ev işləri, uşaq tərbiyəsi ilə məşğuldur, amma bu, qeyri-formal məşğulluq deyil. Ümumiyyətlə, qeyri-formal məşğulluq halını dövlət sübut etməlidir, əks halda, təqsirsizlik prezumpsiyasına əsasən rəsmi gəliri olmayan hər kəs işsiz hesab olunur və dövlət onun sığorta haqqını ödəməlidir. 

Növbəti ildən xüsusilə məmurlar, əsasən də vergi orqanı düşəcək əhalinin canına və yeri gəldi-gəlmədi qeyri-formal məşğulluq hallarını müəyyən etməyə çalışacaq. Necə? Məsələn, şəxsin kart hesabına vəsaitin daxil olmasını qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər.

Yaxud da “ƏDV geri al”dan istifadə edəni qeyri-formal məşğul hesab edəcək: gəlirin yoxdursa, alış-verişini nə ilə edirsən? Əlbəttə, savadlı vətəndaş bu suallara asanlıqla cavab verə bilər ki, məsələn, “pulu yaxın qohumum verib, babamdan qalıb” və s. Yaxın qohumların hədiyyə etməsi vergitutma obyekti deyil axı.

Lakin əksəriyyətin savadı və cəsarəti çatmayacaq ki, məmurların tələ ilə dolu suallarına cavab versin və nəticədə sığorta haqqının dövlət tərəfindən ödənilməsini tələb etsin. 

Ümumiyyətlə, tövsiyə edirəm ki, rəsmi gəliri olmayanlar, yəni işsizlər çalışsınlar ki, öz kartlarından istifadə etməsinlər, elə pulu onlara verən yaxınlarının bank kartlarından istifadə etsinlər (yəni həmin yaxın adamın bir neçə bank kartı ola bilər onsuz da), yaxud da ödənişləri nağd etsinlər.

Təbii, bütün dünya nağdsız ödənişlərə getdiyi halda bizim geriyə addımlamağımız acınacaqlıdır. Odur ki, ehtiyatlı olun, narahat olsa da belə, dədə-baba üsullarından istifadə edin”. 

Qanuna edilən dəyişiklə bağlı ortaya çıxan suallardan biri də heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən İTS xidmətlərindən istifadəyə görə hər ay minimum əməkhaqqının 4 faizi həcmində - 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəkləri ilə bağlıdır. Əgər həmin şəxs işləmirsə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, həmin məbləği necə ödəyəcək? 

Bu barədə iqtiadçı-ekspert Natiq Cəfərli bildirib ki, işsiz insanlar ayda minimum əməkhaqqının 48 %-nə qədər, yəni 192 manat ödəniş etməli olacaqlar:

“Bu təklif belədir ki, işləyən insanların ödədiyi sığorta haqqı ilə başqalarının müalicə olunması yəqin ki, hökumət tərəfindən məqbul sayılmır. Əslində bir çox ölkədə belə bir praktika var. Ancaq bunun nə qədər sosial ədalət prinsipinə uyğun olduğu təbii ki, suallar yaradır.

İnsan işləmirsə və gəliri yoxdursa, hətta kiçik məbləğ də olsa, bu sığorta haqqını necə ödəyəcək? Burada qaranlıq məqamlar həddindən artıq çoxdur. Bu qərarı verənlərin məntiqini anlamağa çalışıram. Məntiqlə demək istəyirlər ki, insanlar var, heç yerdə işçi kimi qeydiyyatda deyillər, amma qeyri-leqal işləyirlər. 

Əgər onlar tibbi sığortadan istifadə etmək istəyirlərsə, ayda 16 manat ödəniş etməlidirlər. Amma bunun məntiqsizliyi ondan ibarətdir ki, dövlət qurumları bu günə qədər kimin qeyri-leqal işlədiyini aydınlaşdıra bilməyibsə, bəs bundan sonra necə ayırd edəcəklər? 

Rəsmən bizdə 300 minə yaxın işləməyən insan var, qeyri-rəsmi rəqəmlərə görə isə bu göstərici 2–3 qat çoxdur. Yaxşı, işləməyən insanlar nə etməlidirlər? Necə 16 manatı ödəməlidirlər ki, icbari tibbi sığortadan istifadə edə bilsinlər? Bu, bir az məntiqsiz yanaşmadır. Burada kriteriyalar dəyişdirilməlidir. Heç olmasa, könüllülük prinsipi gətirilməlidir.

Yəni kim tibbi sığortadan istifadə etmək istəyirsə 16 manat ödəsin. Bu prinsip gətirilsə və məsələ ilə bağlı cərimələr, sanksiyalar nəzərdə tutulmasa, razılaşmadığım məqamlar olsa da, bunun nisbətən məntiqli qərar olduğunu düşünmək olar”.

Qeyd edək ki, yeni qayda ilə bağlı açıq qalan bir sıra suallar da var. Onlardan biri də odur ki, yeni ildən xəstəxanaya müraciət edən vətəndaşlar ilk olaraq nə ilə qarşılacağını bilmirlər.

Onlar kimə müracitə edəcəklərini, yaxud tələb olunan ödənişin necə, hara təqdim olunacağı ilə bağlı heç bir məlumata malik deyillər. 

Bu da bir faktdır ki, hazırda bir çox kəndlərdə tibb məntəqələri yoxdur. Rayon xəstəxanalarına müraciət edən kənd sakinlərinin bir çoxu işsizdir. Heç bir gəlir yeri olmayan həmin vətəndaşlar müəyyən edilən məbləği ödəməkdə problemlə üzləşəcəklər.      
Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: icbari tibbi sığorta Əkrəm Həsənov Natiq Cəfərli Vüqar Qurbanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri